“Kosmetik vasitələr bazarında istehlakçıları ən çox “İdeal” aldadır” – EKSPERT RƏYİ » Median.Az Агентство новостей
“Kosmetik vasitələr bazarında istehlakçıları ən çox “İdeal” aldadır” – EKSPERT RƏYİ
Son dövrlər xanımların istifadə etdikləri kosmetik məhsulların keyfiyyəti, onlara mağazalar tərəfindən təklif olunan kampaniyalarla bağlı çoxlu sayda şikayətlər daxil olur. Sözügedən şikayətlər həm xanımların üzv olduqları sosial şəbəkələrdəki qruplarda, həm də müxtəlif zamanlarda mətbuatda yayımlanır.

Kosmetika bazarına nəzər salsaq görərik ki, bazarlarda, mağazalarda, küçələrdə, yeraltı keçidlərdə, metro stansiyalarının çıxışında qoyulan piştaxtalar “xarici ölkələrin məhsulları” ilə doludur. Əlbəttə, qiymətlər və keyfiyyət də satıldığı yerə görə dəyişir. Kosmetik vasitələrin satıldığı yerlərdən asılı olaraq qiymətlər də artıb-azalmağa başlayır. Metro keçidlərində bu vasitələr ucuz və keyfiyyətsiz olsa da, son illər xanımlar daha çox kosmetik vasitələr bazarında satış liderliyini edən “İdeal”, “Sabina” kimi mağazalara üz tuturlar. Səbəb isə aydındır. Bu bazarda liderlik edən mağazalarının az qala keçiddəki satış obyektlərinin qiymətinə bərabər endirimlər keçirir, bu endirimlər vasitəsi ilə kütlənin diqqətini çəkə bilirlər. Ancaq bir çox hallarda endirim üçün mağazalara yaxınlaşan istehlakçılar reklamlardan fərqli mənzərə ilə qarşılaşırlar. Ağıla isə bir sual gəlir: Ya reklam düz çəkilməyib, ya da ki bu reklamlarda bir məqsəd var. Adamları mağazaya gətirib orada onları aldatmaq.

Bu barədə azxeber.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xüsusi ilə “İdeal”la bağlı ən çox şikayətlərin təşkilata ünvanlandığını deyib. Birlik sədrinin sözlərinə görə, hər həftə bu problemlə bağlı 2-3 şikayət daxil olur:

“İstehlakçı hüquqlarının ən çox pozulması “İdeal”da yaşanır. Bir ara bu mağazalarda hədiyyə kartı satılırdı. “İdeal” manata bənzər kartlar buraxıb vətəndaşlara satırdı. Siz ödəniş etdiyiniz məbləğdə bu kartları əldə edib, istədiyiniz şəxsə hədiyyə edə bilirdiniz. Ancaq hədiyyəni alan şəxs bir müddət sonra mağazaya yaxınlaşan zaman ona kartın müddətinin bitdiyi deyilirdi. Nəticədə itirən vətəndaş olurdu. Vətəndaşın pulu da batırdı, hüquqları da kobud şəkildə pozulurdu”.

Birlik sədrinin sözlərinə görə, təəssüflər olsun ki, Azərbaycanda bu cür şirkətlərə qanuni nəzarət zəiif olduğundan onlar istədikləri kimi insanları aldada bilirlər.

E.Hüseynov Azərbaycanda kosmetik vasitələrin satışı bazarında liberallaşmanın olmamasına da diqqət çəkib. Ekspertin sözlərinə görə, bu mənada şirkətlər böyük brendləri alaraq fərqli bir rəqib yaratmağa çalışırlar. Bu da bazarda liberallaşmanın əksinə monopoliyalaşmanın və istehlakçılar arasında çaşqınlığın yaranmasına səbəb olur.

“Mac” adlı dünya brendinin “İdeal” tərəfindən Azərbaycanda satışının həyata keçirməsinə diqqət çəkən birlik sədri, bütün bunların bazarda istehlakçı arasında çaşqınlıq yaratdığını əlavə edib:

“Təəssüflər olsun ki, bu bazarda rəqabət anlayışı yoxdur. Liberallaşmanın olmadığı bir mühitdə seçim imkanları məhdud olur. Nəticədə insanlar itirir”.скачать dle 11.3








589 12.10.17 18:20