“Gəncədə sosial infrastruktur layihələri üçün ayrılmış ərazi satılıb” » Median.Az Агентство новостей
“Gəncədə sosial infrastruktur layihələri üçün ayrılmış ərazi satılıb”
“Gəncə şəhərinin inzibati ərazisində yeni salınmış Nətavan qəsəbəsinin sosial infrastruktur layihələri üçün ayrılmış ərazi satılır. Vəziyyətdən narahat olan sakinlər etiraz aksiyası keçiriblər”.

Bu barədə bizimyol.info-ya sakin Rəşid Abbasov bildirib.

Sakin deyib ki, 13 il öncə salınan Gəncə şəhərinin Nətavan yaşayış məntəqəsinə 13 dekabr 2011-ci ildə rəsmən qəsəbə statusu alıb. Hazırda qəsəbədə 5000 nəfərə yaxın əhali yaşayır. Qəsəbə salınarkən qəsəbənin mərkəzi hissəsində məktəb, uşaq bağçası, idman meydançası, park, poçt, tibb məntəqəsi və s. obyektlərin tikintisi üçün 5 hektar torpaq sahəsi ayrılıb.
“2013-cü ildə həmin torpaq sahəsinin 3 hektardan artıq hissəsi Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün əhaliyə satıldı. Natəvan qəsəbəsinin mərkəzi hissəsində sosial infrastruktur layihələri tikintisi üçün həmin ərazidə cəmi 2 hektardan da az torpaq sahəsi saxlanıldı. Sakinlər qeyd olunan torpaq sahəsinin satılmasının qarşısının alınması üçün Gəncə Şəhər İcra Hakimyyətinə müraciət ediblər. Bu qurumun nümayəndəsi sakinkəri əmin etdi ki, narahatlığa əsas yoxdur. Amma torpaq sahəsini də hissələrə bölərək fərdi yaşayış evlərinin tikintisi üçün əhaliyə satmağa davam edirlər. Sakinlər sosial infrastruktur layihələri üçün ayrılmış ərazi satılmasına etiraz edirlər”,-deyə Rəşid Abbasov bildirib.

“Uşaqlar qəsəbədən xeyli aralıda yerləşən Gəncənin digər məktəblərinə gedirlər. Uşaqlarlar məktəbə gedib-gələrkən problemlərlə üzləşir və əziyyət çəkirlər. 30 ildir qəsəbə sakinləri ümidlə nə zamansa qəsəbədə məktəb və digər obyektlərin tikiləcəyini gözləyirlər. Artıq qəsəbənin mərkəzi hissəsində kiçik həcmdə saxlanılan həmin torpaq sahəsinin də satışa çıxarılması sakinlərin bütün ümidlərini puç edib. Qəsəbə sakinləri həmin ərazidə toplaşaraq məktəbin yerinin satılmasına etirazlarını billdirib və bu özbaşınalığa son qoyulmasını tələb ediblər”.
Qeyd edək ki, 2011-ci il tarixində “Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanununa əsasən Kəpəz rayonun inzibati ərazisində yeni salınmış yaşayış məntəqələri müvafiq olaraq Cavadxan, Məhsəti, Nətavan, Sadıllı, Şıxzamanlı adlandırılıb.

Bildirək ki, Nətavan qəsəbəsinin sosial infrastruktur layihələri üçün yarılmış ərazi satılması iddiası ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin elektron ünvanına (mail@ganja-ih.gov.az) informasiya sorğusu göndərilib.скачать dle 11.3








404 12.10.17 16:32

Son Əlavə