Bakıda avtobusdan düşən qadını avtomobil vurdu » Median.Az News Agency

Bakıda avtobusdan düşən qadını avtomobil vurdu
Bakıda avtobusdan enərək, yolu keçmək istəyən qadını avtomobil vurub.

Median.Az
Report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində, Seymur Bünyadov küçəsində avtobusdan düşərək, yolu keçmək istəyən 1974-ci il təvəllüdlü Rzayeva Natiqə Naib qızını avtomobil vurub. Nəticədə o, xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 11.3






Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




408 12.10.17 11:51