Yetkinlik yaşına çatmayanlara cəza növləri artırılır » Median.Az News Agency

Yetkinlik yaşına çatmayanlara cəza növləri artırılır
Azərbaycanda yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növləri artırılır.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni bəndin əlavə olunması təklif edilir.

Təklifə əsasən, yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növlərinə “azadlığın məhdudlaşdırılması” cəza növü də əlavə edilir. Yetkinlik yaşına çatmayanların iki aydan iki ilədək müddətdə azadlığı məhdudlaşdırıla bilər.

Qeyd edək ki, hazırda Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayanlara "azadlığın məhdudlaşdırılması" cəza növü nəzərdə tutulmur.

Dəyişikliklərin Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır.скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




635 12.10.17 11:36