Prezident: Azərbaycan-Türkiyə münasibətləri islam həmrəyliyinin ən gözəl nümunələrindəndir » Median.Az News Agency

Prezident: Azərbaycan-Türkiyə münasibətləri islam həmrəyliyinin ən gözəl nümunələrindəndir
Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən “Türkiyə-Azərbaycan timsalında islam həmrəyliyi” konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, məktubu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oxuyub.

Məktubda qeyd olunub ki, bu gün dünyanın müxtəlif yerlərində müsəlmanlar məzhəb ayrı-seçkiliyi, ekstremizm, dini radikalizm və terror kimi ciddi problemlərə qarşılaşır və islam adı altında gizlənən, dinimizlə heç bir əlaqəsi olmayan qüvvələr tərəfindən həyata keçirilən terror hadisələri müsəlmanlara qarşı ən böyük haqsızlıq, ədalətsizlikdir: “Bu gün dünyada törədilən terror hadisələri qurbanlarının əksəriyyəti də məhz müsəlmanlardır. İslam dünyasındakı müharibə və münaqişələrə rəvac verən məzhəb ayrı-seçkiliyinin, dini ekstremizm və terrorun, getdikcə güclənən islamofobiyanın, müxtəlif ölkələrdə müsəlmanların qətliamlarının qarşısını almaq, islam aləminin inkişafına və rifahına nail olmaq üçün islam həmrəyliyi zamanın çağırışı və tələbidir. Şərqlə Qərbin qovşağında yerləşən qədim Azərbaycanda müxtəlif dinlərin, ayrı-ayrı mədəniyyətlərin nümayəndələri tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar. 2016-cı ilin ölkəmizdə multikulturalizm ili, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edilməsinin bütün dünyada, xüsusilə islam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və töhfədir”.

İ.Əliyev Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin islam həmrəyliyinin ən gözəl nümunələrindən biri olduğunu qeyd edib, İstanbulda keçirilən konfransın islam ölkələri arasında həmrəyliyin inkişafında önəmli rol oynayacağına inandığını bildirib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 892 25.09.17 12:40