Prezident İlhan Aküzümü ordenlə təltif edib » Median.Az News Agency

Prezident İlhan Aküzümü ordenlə təltif edib
Azərbaycan prezidenti İlham Əliyev İlhan Aküzümün “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanla Türkiyə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə İlhan Aküzüm “Dostluq” ordeni ilə təltif edilib.

İlhan Aküzüm müxtəlif vaxtlarda Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Türkiyə hökumətində turizm, daha sonra isə gənclər və idman naziri vəzifələrində çalışıb.скачать dle 11.3






Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




480 13.09.17 17:38