Məktəbdən dərs vəsaitləri oğurlandı » Median.Az Агентство новостей

Məktəbdən dərs vəsaitləri oğurlandı
Ağcabədi rayonu 11 saylı tam orta məktəbdə oğurluq hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, Ağcabədi rayon 11 saylı tam orta məktəbdə Təhsil Nazirliyi tərəfindən məktəbə verilən 4-cü, 6-cı və 9-cu sinif dərslikləri məktəbin kitabxanasından oğurlanıb.

Baş verən oğurluq hadisəsi səbəbindən qeyd edilən siniflərin şagirdləri dərsliksiz qalıb. Bununla bağlı məktəbin direktoru Lətafət Əlizadə Ağcabədi rayon Polis İdarəsinə və Təhsil nazirliyinə müraciət edib. Hazırda baş verən oğurluq hadisəsi ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Dərslikləri oğurlanan şagirdlər və onların valideyinləri isə məktəb qarşısına yığılaraq kitabları və dərs vəsaitlərini tələb edib. Məktəb direktoru ilə valideyinlər arasında mübahisə yaranıb. Valideyinlər məktəb direktorunu məsuliyyətsizlikdə günahlandırıb. Məsələ ilə bağlı Bizimyol.info saytına açıqlama verən məktəbin direktoru Lətafət Əlizadə oğurluq hadisəsinin Qurban bayramı ərəfəsində baş verdiyini, hadisəyə görə işinə məsuliyyətsiz yanaşan bir neçə işçinin cəzalandırdığını bildirib. “Oğurluq hadisəsi törədildiyi doğrudur. Dərs vəsaitləri məktəbin kitabxanasından oğurlanıb.

Hadisə baş verən gündən Polis idarəsinə, İcra hakimiyyətinə bildirmişəm. Kitabxana ikinci mərtəbədə yerləşir.Görünür ordan düşüblər.Oğurluğa görə kitabxana işçisini və bu işə məsul şəxsləri cəzalandırmışam.Burda günah 80 faiz oğrudadırsa, 20 faiz də işçilərdədir. Oğrular dərs vəsaitlərini aparıb 5 manatdan satırlar.Oğurluq hadisəsninə görə valideyinlər burda yığışmayıblar, bu yalandır.Ümumilikdə rayon məktəblərində dərs vəsaitlərinin çatışmazlığı var. Hadisəsini törədənlər də polis tərəfindən axtarılır.”

Bir məsələni də qeyd edək ki, dərs vəsaitləri təhsil müəssisəsinə daxil olduqdan sonra həmin məktəb tərəfindən möhürlənir. Direktorun möhürlənmiş kitabları oğruların satdığını qeyd etməsi olduqca müəmma doğurdu. Median.Az Агенство Новостей Median.Az Агенство Новостей






265 13.09.17 15:32

Son Əlavə

 
Median.Az