AZTV-nin idman şərhçisindən canlı efirdə küçə jarqonu – VİDEO » Median.Az Агентство новостей

AZTV-nin idman şərhçisindən canlı efirdə küçə jarqonu – VİDEO
Dünən axşam Çempionlar Liqasının qrup mərhələsində “Barselona” və “Yuventus” arasında keçirilən oyun İdman Azərbaycan kanalı vasitəsi ilə canlı yayımlanıb.

Oyunun 54-cü dəqiqəsində “Yuventus”un oyunçusu Andre Barzaglinin Messini yıxmasına görə, “Barselona”nın forvardı hakimdən Barzagliyə sarı vərəqə verməsini istədiyi üçün bu hakimin xoşuna gəlməyib və hakim sarı vərəqəni Messinin özünə verib.

Bundan cəmi 1 dəqiqə sonra isə Messinin ötürməsindən sonra Rakitiç topu Buffonun qoruduğu qapıdan keçirib.

FaktXəbər-in məlumatına görə, qol vurulduqdan sonra İdman Azərbaycanın şərhçisi küçə jarqonundan istəfadə edərək, bu qola Messinin daha çox ehtiyacı olduğunu və hakimin verdiyi sarı vərəqinin “onun içində qaldığını” söyləyib. Median.Az Агенство Новостей Median.Az Агенство Новостей






1820 13.09.17 15:28

Son Əlavə

 
Median.Az