“Qarabağ” vətənə döndü – FOTO » Median.Az Агентство новостей

“Qarabağ” vətənə döndü – FOTO
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” vətənə qayıdıb.

Median.Az
Qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində səfərdə İngiltərə çempionu “Çelsi” ilə qarşılaşan təmsilçimiz bu gün Bakıya dönüb.

Londondan birbaşa reyslə qayıdan komanda 10:00-da paytaxta çatıb. Əsas komanda ilə birgə səfərə çıxan Ağdam klubunun U-19 kollektivi də vətənə qayıdıb.

Qeyd edək ki, “Qarabağ”ın əsas komandası “Çelsi”yə 0:6, UEFA Gənclər Liqasında mübarizə aparan U-19 isə 0:5 hesabı ilə uduzub.

“Qarabağ” vətənə döndü – FOTO
Median.Az Агенство Новостей Median.Az Агенство Новостей






288 13.09.17 15:16

Son Əlavə

 
Median.Az