Azərbaycanda YENİ QAYDA: Uşaqlarınız üçün etibarnamə almalısınız (FOTO) » Median.Az Агентство новостей
Azərbaycanda YENİ QAYDA: Uşaqlarınız üçün etibarnamə almalısınız (FOTO)
Bakıdan ölkənin digər bölgələrinə yaxınlarının övladları ilə getmək istəyən sərnişinlər gözləmədiyi problemlə üzləşiblər.

Bu barədə Baku.ws-ə sərnişinlər məlumat veriblər.

Onların sözlərinə görə, valideyn övladını nənəsi ilə rayona göndərirsə, ata və ya ana bununla bağlı etibarnamə sənədi hazırlamalıdır.

Yəni, nənə və ya baba nəvəsi ilə Qazaxa getmək istəyirsə, əvvəlcə notariusa müraciət edərək uşağı aparmaq üçün valideynin icazəsi ilə bağlı sənəd almalıdır. Daha sonra həmin sənədlə bilet almaq üçün kassaya müraciət edə bilər.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Sevinc Qədirova Baku.ws-ə faktı təsdiqlədi və bildirdi ki, bu qayda bir neçə gündür ki, tətbiq edilib.

“Hər iki valideynin icazəsi ilə bağlı sənədin tələb edilməsinin səbəbi budur ki, son vaxtlar ölkədə boşanmaların, cinayət hadisələrinin sayı artıb. Bu qayda uşaq oğurluğunun və digər xoşagəlməz halların qarşısını almaq üçün tətbiq edilib. İcazə sənədi 10 yaşa qədər olan uşaqlara görə nəzərdə tutulub”, - deyə Sevin Qədirova bildirdi.

Azərbaycanda YENİ QAYDA: Uşaqlarınız üçün etibarnamə almalısınız (FOTO)
скачать dle 11.3








1 777 13.09.17 12:42

Son Əlavə