Vətəndaşlardan ağır ittiham: "Kommunal ödənişlərimiz ikiqat hesablanır" - FOTO » Median.Az Агентство новостей
Vətəndaşlardan ağır ittiham: "Kommunal ödənişlərimiz ikiqat hesablanır" - FOTO
"Hər ay 20-25 manat ödədiyim su sərfiyyatı bildirişdə iki dəfə artaraq 42 manata yüksəlib"

Mingəçevir şəhəri şirin sulu "dənizin" sahilində yerləşsə də, şəhərin su ilə bağlı problemləri daim aktualdır. Şəhərin N. Nərimanov 36 ünvanında yaşayan sakinlərinin şikayəti bunu bir daha təsdiq edir.

Sakin Şahid Nəbiyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bildirir ki, Mingəçevir Su-Kanal İdarəsinin abonent şöbəsinin işçiləri sayğacın göstəricilərinə məhəl qoymur, onlardan göstəricidən əlavə vəsait tələb edirlər: "Sayğaclarımız normal işləyirdi. Gəldilər ki, yeniləməliyik. Yeniləyəndən sonra ilk bildiriş gələndə gözlərimizə inanmadıq".

"Hər ay 20-25 manat ödədiyim su sərfiyyatı bildirişdə iki dəfə artaraq 42 manata yüksəlmişdi. Sərfiyyatın birdən-birə niyə belə artması barədə suala heç kəs cavab vermək istəmir. "Azərsu" ASC-nin "qaynar xətt"inə zəng etdim. Mənə oradan bildirdilər ki, şikayətinizə 3-4 günə baxılacaq və sizə məlumat veriləcək. Dedikləri vaxt tamam olsa da, mənə heç bir məlumat vermədilər" — sakin qeyd edir.


İndiyədək heç vaxt borcunun yaranmadığını deyən Şahid Nəbiyev, xəstəliyi səbəbindən idarəyə gedə bilmədiyini, etdiyi telefon zənglərinə isə idarədən "hara istəyirsən, şikayət et" cavabının verdildiyini bildirir.


Vətəndaşlardan ağır ittiham: "Kommunal ödənişlərimiz ikiqat hesablanır" - FOTO

Şəhər sakini Şahid Nəbiyev


Gülnarə Abdurəhmanova, Cahan Babayeva, Lətifə Baxışova, Simuzər Rəsulova və digər Mingəçevir sakinləri də bildirdilər ki, hesab fakturalarındakı göstəricilər istifadə etdikləri suyun real miqdarından 10, 20, 50 kub çoxdur.

Afaq Yusibova da mingəçevirlilərin içməli suya həsrət qalmalarından narazılıq edir: "Əvvəllər evimdə köhnə su sayğacı vardı. Həmin sayğacın göstərişinə əsasən, hər ay 3-4 manat su pulu ödəyirdim. Amma yeni tipli sayğac quraşdırılandan günüm qaradır. Suyu nə qədər qənaətlə işlətsəm də, bu sayğac hər ay 10-15 manat pul yazır".

"Xahiş edirik aidiyyəti qurumlardan ki, bu sayğaclardakı problemi aradan qaldırsınlar. İçməli su kimi istifadə etdiyimiz su texniki sudur. Mingəçevirlilər təmiz su üzünə həsrət qalıblar. Əgər pul verib su alırıqsa, onda bizə təmiz, içməli su versinlər" — o, əlavə edir.
Məsələ ilə bağlı Mingəçevir Su-Kanal İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Mustafa Kərimov Sputnik Azərbaycan-a açıqlamasında sayğaclarla bağlı sakinlərin şikayətlərinə aydınlıq gətirdi. Onun sözlərinə görə, işlədilən su sərfiyyatı yeni sayğaclar quraşdırıldıqdan təxminən 20 gün sonra idarənin balansına oturub.

Vətəndaşlardan ağır ittiham: "Kommunal ödənişlərimiz ikiqat hesablanır" - FOTO

Kommunal xidmət qəbzləri


"Bu səbəbdən də, həmin su sərfiyyatı abonentlərin digər günlərdəki sərfiyyatına uyğun olaraq hesablanıb və bildiriş şəklində vətəndaşlara təqdim edilib. Lakin bəzi vətəndaşların bununla razılaşmırlar" — M. Kərimov bildirdi.

Mənbə: sputnik.azскачать dle 11.3








1 744 12.09.17 16:03

Son Əlavə