Yumurtanın qiyməti bahalaşıb? - Açıqlama » Median.Az Агентство новостей
Yumurtanın qiyməti bahalaşıb? - Açıqlama
Unikal.org yumurtanın qiymətinin bahalaşması ilə bağlı xəbər yayıb. Belə ki, marketlərdə yumurtanın qiymətinin 12 qəpikdən 16 qəpiyə qaldırıldığı iddia edilir. Bu da 30 faizdən yuxarı bahalaşma deməkdir. Mağaza sahiblərinin bildirdiyinə görə, qiymət artımını ilkin olaraq "Hacıqabul Broyler" şirkəti həyata keçirib.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev oxu.az-a açıqlamasında yumurtanın qiymətinin artmasına dair xəbərlərin həqiqətə uyğun olmadığını bildirdi.

Onun sözlərinə görə, broyler müəssisələrində yumurtanın satış qiyməti 1 ədəd - 11 qəpik təşkil edir: "Bir qutu yumurta 41 manatdır. Qutuda isə 360 ədəd yumurta var. Qiymət artımı bizlik deyil. Yəqin, marketlər özləri qaldırıblar".скачать dle 11.3








580 12.09.17 13:55

Son Əlavə