Qalmaqallı “26” adlı klubun sahibləri bəlli oldu– FOTO » Median.Az Агентство новостей
Qalmaqallı “26” adlı klubun sahibləri bəlli oldu– FOTO
Bu gün Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı klub bağlanıb. Əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da gəlib.

Ölkə gündəmini zəbt edən hadisədən sonra klubun kimə məxsus olmağı müzakirələrə səbəb olub.

Median.Az xəbər xəbər verir ki, “26” adlı klubun sahibləri Əliyar və Ağa Qasımovlar qardaşlarıdı.Onlar həmçinin Hollywood restoranlar şəbəkəsinin sahibləridir.

H.Abutalıbov xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən keçmiş "26-lar adına bağ"da (indiki "Sahil" bağı) azərbaycanlılara qarşı soyqrımını təşkil etmiş qatil Şaumyan başda olmaqla, Bakı komissarlarının qəbirləri açılmış və orada başçı qatillər olan Şaumyanın, Əmirovun və Avakyanın sümükləri tapılmamışdı: "Doğrudan da, tarix göstərdi ki, bu qatillər öz havadarlarının əli ilə xaricə qaçmış, azərbaycanlıların qızıl və digər sərvətlərini də xaricə aparmışlar. Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək "26" adlı klub açıblar. Bu sözü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət etmişlər. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq".

скачать dle 11.3

78 433 08.09.17 20:50

Son Əlavə