Sumqayıtda görünməmiş olay: Borclu kişini hamının gözünün qabağında belə biabır etdilər - FOTO » Median.Az Агентство новостей

Sumqayıtda görünməmiş olay: Borclu kişini hamının gözünün qabağında belə biabır etdilər - FOTO
Bir neçə gün əvvəl Sumqayıtda hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxilə etmədiyi qəribə hadisə baş verib.

Baku.ws xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto və məlumat paylaşılıb.

Qeyd olunur ki, hadisə avqust ayında hərarətin 42-43 dərəcəyə çatdığı bir vaxtda olub.

“Bizim məhəlləyə yaxın bir ərazidə yükqaldıran avtomobillər durur. Bir gün şəkildə gördüyünüz avtomobilin ətrafında çoxlu adamların toplaşdığını gördüm. Yaxınlaşanda qaldırıcı kranın zənbil hissəsində bir insan qaldırıldığını gördüm. Səbəbini soruşdum. Dedilər o zənbildəki adamın sürücüyə borcu var, vermədiyi ücün onu qaldırıb ora və deyib ki, zəng elə pulumu gətirsinlər, düşürüm çıx get. Mən günorta ordan keçəndə gördüm ki, o zavallı hələ də göydədir və yaxınları da ətrafında. Soruşdum nə oldu borcu, qaytarmadı? Dedilər yox, sürücüyə zəng çatmır. Axşam marağa bir də baş çəkdim gördüm vəziyyət dəyişməyib və yenə sürücüyə zəng çatmır. Tezdən duran kimi getdim ki, görüm yazıq gecəni neynədi. Gördüm adam da, maşın da yoxdur. Soruşdum necə oldu. Dedilər tezdən sürücü gəlib deyib ki, “ə ... mən 30 manatın acı deyiləm, hamıya göstərmək istəyirdim ki sən... Çıx get, bir də belə iş görmə”, - deyə social şəbəkədə qeyd olunub.

Məsələnin digər maraqlı tərəfi budur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı heç bir tədbir görməyiblər.

Sumqayıtda görünməmiş olay: Borclu kişini hamının gözünün qabağında belə biabır etdilər - FOTO
скачать dle 11.3








45 265 04.09.17 15:25

Son Əlavə