"Elit star" Cəmilə: Vaxt olub,turizm şirkətində təyyarə uçurtmuşam » Median.Az Агентство новостей

"Elit star" Cəmilə: Vaxt olub,turizm şirkətində təyyarə uçurtmuşam
"Elit star" Cəmilə: Vaxt olub,turizm şirkətində təyyarə uçurtmuşam

- Müsahibim mugənni "elit star" Cəmilə.

-Cəmilə xanım,özünüz haqqında mümkün qədər.

-Sumqayıtda anadan olmusam. 11.01 saat 1-də. Mənim doğum tarixim çox maraqlıdır və mən özümdə baş verənləri əvvəlcədən bilmə qabiliyyətinə malikəm. Vergilimi deyim, uzaq görücülükmü deyim, amma məndə nəsə var. Mənim başıma əgər nəsə pis bir şey gələcəksə,mən onu əvvəlcədən hiss edirəm və o yoldan dönürəm. Bəzən yaxınlarım sual verir,bunu necə bildin? Deyirəm bilmirəm. Həyatımdan çox razıyam. Hər gün səhər qalxanda deyirəm: İlahi nə gozəl ki,gözlərimi açdım nə gözəl ki,bu həyatdayam. Mən heç vaxt nəyisə planlaşdırmıram,planı quran Allahdır. Bax,Hüseyin Dərya. Çox sevirdim onu, hər gün onun üçün ağlayıram. Bir dəqiqədə getdi. Ona görə hamı bir birinin qədrini bilməlidir.Hamı mənə deyir:Cəmilə xanım, niyə gündəmdə yoxsunuz? Mən nəzərdən qorxuram. Şou biznesdə ən xoşbəxt qadınlardan biri mənəm. Mənim gözəl ailəm var, gözəl övladlarım var,mən onlarla fəxr edirəm. Bir nəvəm də var,cox gözəldir. Demişəm, nə olur olsun onu mütləq model edəcəm. Bu günün gənclərinə məsləhətim budur ki, oğlanlar 24-25 arası, qızlar 18-21 arası ailə qursunlar və bundan zövq alsınlar. Hər bir qadın ana olmalıdır,sonra karyera. Mənim bu dəqiqə yetəri qədər maddi imkanım olsa,nəinki Azərbaycanda eyni zamanda Türkiyədə, Rusiyada bir nömrə olaram. İndiki zamanədə hər şeyin başında puldu. Əgər pulun varsa istədiyin zirvələri fəth etmək olar. Təbbiki birda düzgün seçim.

-Cəmilə xanımın kumiri kimdi?

-Mənim kumirim Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevadır. Onun zövqünə, savadına, insanlığina həsəd aparıram. Və hər dəfə onun geyim tərzini böyük zövqlə izləyirəm.

-Heç özünüz özünüzlə tək qalıb məsləhətləşdiyiniz vaxtlar olub?

-Elə mən neçə ildirki təkəm və bütün məsləhətlərimi elə özüm özümdən alıram.

-Cəmilə xanım, Azərbaycan şou biznesində hansı tanınmışları tanımır?

-Yeni çıxan mugənniləri tanımıram. Elə xalq artistləri varki diskləri illərlə alınmır. Bəzi muğənilər də var, heç bir mahnısı yoxdur. Məsələn,Rühəngiz Allahverdiyeva, Rühəngiz Musəvi. Bunlar sirf toy muğənnisidi. Mənim isə öz mahnılarlm var və onu miliyonlar sevir qulaq asır. Mən dayanmadan altı saat konsert verərəm,amma toy mənlik deyil.

-Cəmilə xanım həyatında dünyanı qarşıma alaram, amma bunu edərəm deyib, etdiyi nəsə olubmu?

-İstəyim olub,hələdə istəyirəm , amma edə bilməmişəm. Qaçış üzrə dordqat Azərbaycan çempionu olmuşam, uzgüçülükdə də bunu etmişəm . Bunlar özümdən, iradəmdən, bacarığımdan asılı olan istəklər idi, etdim. Amma ürəyimdə olan, maddiyatdan asılı olan bir istəkdir,ona görə qalıb ürəyimdə. Bu gün toy olsun,pul olsun, bu iş deyil. Mən konsertlərdən pul istəmirəm, bir sponsor olsun,konserti təşkil etsin. Dayanmadan altı saat şou ilə birlikdə yüksək səviyyədə konsert verim, gələn bütün gəliri özü götürsün. Bunu heç bir mügənni demir, amma mən deyirəm. Mən bundan adrenalin alaram.

-Cəmilə xanımın yeni mahnısı varmı?

-Bəli yeni mahnım var. Ad Günü mahnısı. Çox gözəl mahnıdır, artıq sevilir. Sözü ve musiqisi Elçin İmanovundur və duet ortagım Tariyel müəllimdi. Aranjiman isə Davud Davudova aiddir.

-Cəmilə xanımın gündəlik həyatı nədən ibarətdir?

-Hər gün saat doqquzda qudamla qaçıram,sonra alış-verişləri özüm edirəm və ailəmlə birlikdə sakit məkanlarada istirahət edirəm.

-Cəmilə xanım,siz əvvəllər şou proqram aparıcı kimi fəaliyyət gostərmisiniz, yenə buna oxşar proyektləriniz olacaq? Və birdə sizin şəxs biznesiniz olub, bu düzdümü ?

-Bəli Elit Şou adli bir verlişim olub. Aparıcılıq qabiliyyətim böyükdür. Indi də buna oxşar verliş üzərində çalışıram. Hətta hazırdı. Sadəcə kanallar arasında qalmışıq. Inşallah dəyişik, oxşarı olmayan bir verliş olacaq, ümid edirəm çox sevilər. Mən aparıcılıq və dublyaj üçün doğulmuşam. Şəxsi biznesim olub. Mən turizm şirkətində təyyarə uçurtmuşam. Azalın şotunda milyonlarim olub. Sonra gördüm mənlik deyil, uzaqlaşdım bu işdən. Yeni biznesim olacaq, amma qoy sirr qalsın, ideyamı oğurlayarlar.

-Cəmilə xanımın gündəmdə olan Əli Mirəliyev və Rəksanə qalmaqalına münasibəti

-Heç birinə haqq vermirəm. Yaşlı adamdır, yola vermək lazımdı. Əli mənə də söz atır, amma mən yola verirəm. Bir məsəl var, insanın əli nəyəsə çatmayanda saman çöpündən yapışır.

-Cəmilə xanım, sonda saytimiza arzunuz,sözünüz

-Azərbaycanda bir nömrəli sayt olasınız, xarici ölkələrdə tanınan sayt olsun. Sizə rəqibsiz olmağı arzulayıram. Arzu edirəmki səsiniz bütün dünyada gəlsin. Median deyəndə bütün dünya tanısın.

-Çox sağ olun, Cəmilə xanım, gözəl müsahibə üçün. Çox sağ olun ki, gəldiniz və bizə vaxtınızı ayırdınız. Sizə həmişə gözəl, şux olmagı arzulayırıq. İnşallah sənətinizdə də gözəl nəaliyyətlər əldə edəsiniz. Biz sizi çox sevirik, sənətinizə, səsinizə heyranlıq duyuruq. Özünüz özünüzə nəyi arzu edirsinizsə bizdə sizə onu arzulayırıq.


Müsahibəni hazirladi: Narinc Vəliyeva


"Elit star" Cəmilə: Vaxt olub,turizm şirkətində təyyarə uçurtmuşam



"Elit star" Cəmilə: Vaxt olub,turizm şirkətində təyyarə uçurtmuşam



"Elit star" Cəmilə: Vaxt olub,turizm şirkətində təyyarə uçurtmuşam



"Elit star" Cəmilə: Vaxt olub,turizm şirkətində təyyarə uçurtmuşam



"Elit star" Cəmilə: Vaxt olub,turizm şirkətində təyyarə uçurtmuşam



"Elit star" Cəmilə: Vaxt olub,turizm şirkətində təyyarə uçurtmuşam Median.Az Агенство Новостей Median.Az Агенство Новостей






28520 17.04.14 21:17

Последние публикации

 
Median.Az