DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir. » Median.Az Агентство новостей
DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir.
DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir.

-Müsahibim Azərbaycanın tanınmış dj-yi DJ ÇINA.

-Özünüz haqqında mümkün qədər bizə məlumat verə bilərsiniz?


-Bəli,təbiiki. Mustafayev Çingiz Fazil oglu. Bakıda doğulmuşam, Bakıda qalıram.

Iqtisadiyyat Universitetini bitirmişəm. Eyni zamanda C.Naxçıvanski adina Ali Hərbi Litseyi bitirmişəm. Amma bu sənətlərimin dalınca getmədim. Çünki ürəyimdəki istək tam başqa oldu. Mən indi dj-əm, çox xoşbəxtəm. Düşünürəm ki ,hər bir insan öz işini sevməlidi, əgər bu belə olsa insan çox rahat olar. Mən indi öz işimlə çox həvəslə işləyirəm və rahatam.Çünki mən bu işimdə özümü tapıram.Bütün gənclərə məsləhət görürəm ki,hər kəs öz yiyələndiyi işini düzgün seçsin və bundan zövq alsın. Subayam va hər şey əladır.

-Işləriniz sizi qane edir, ya deyirsiniz ki, bu hələ harasıdır?

-Qane edir,amma qarşıda böyük planlarım var. Bu ilin dj i mükafatına layiq görüldüm. Müxtəlif ölkələrdə oluram, işlər görürəm və bunu hamı görür. Inşallah daha da yüksək zirvələrə addımlayıram.

-Xarici ölkələrdə dedniiz, hansı işləri görürsünüz, hansı naliyyətləriniz olur bu haqda danışın.

-Nələr etmirəm ki. Birinci burdan başlayaq. ASAİF və SMU gənclər birliyində rəsmi rezidentin Dj -yi sayılıram. Dubayda klublarda olan böyük konsertlərdə dj işləyirəm. Dünya ulduzları ilə eyni səhnəni paylaşıram. Bunlardan Jay Sean, Ryan Leslie, Mims, Redcafe, Hardwell, Tom Boxer, Christian Burn, Swanky Tunes, Dan Balan ve Anda Adams kimi dünya məhşurlarını göstərmək olar.

-Dj sənətinə necə oldu ki gəldiniz? Bu adi bir həvəslə baş verdi ya böyük istəklə?

-Bu işə 15 yaşımdan başladım. Ilk arzum radioda dj işləmək olub. Amma bu istəyim olmadı. 2001-ci ildə diskotekada dj kimi fəaliyyətə başladım və demək olarki yolum vətən kinoteatrından başladı.

-Çina hələ ulduz xəstəliyinə tutulmayıb ki?

-Yox hələ tutulmamışam. Amma nə gizlədim arada bir olur.

-Çina ücün tanınmış və məhşur sözü arasındakı fərq.

-Mənə elə gəlir ki, bunlar bir-birinə çox yaxın sözlərdir. Məsələn Azərbaycanda bu dəqiqə ən tanınmış, ən sevilən Üzeyirdir. Bu danılmaz faktdır ki, Üzeyirin sevənləri,fanatları bu dəqiqə Azərbaycanda olan bir çox məhşurlardan qat qat çoxdu. Bu dəqiqə çox məhşurlar var ki, heç mahnılarına illərlə qulaq asılmır,amma Üzeyirin mahnıları illərdir ki, gündəmdədi. Məncə elə məhşurluq da ,tanınmışlıq da budur.

-Tanınmış demişkən Çina özünü tanınmış sayır?

-Bəli sayıram. Bizim ölkədə gərək Nadir Qafarzadə kimi sözünü deyəsən, yoxsa itib batarsan. Əgar mən bu gün desəm ki ,mən özümü tanınmış saymiram, inanın ki, daha məni tanıyanlar da tanımayacaq.

-Murad Dadaşov deyəndə Çina bizə hansı təssüratlarını deyə bilər.

-Murad Dadaşov mənim kumirimdi, ən yaxın dostumdu. Mənə həmişə düzgün məsləhətlər verir, düzgün olan yolu göstərir. Bu yaxınlarda mən maşın şou-da iştirak etdim və qalib oldum. Bəzi şaiyələr yayıldı ki, mən maşını Murad müəllimin köməkliyi ilə əldə etdim, amma inanın bu belə deyil. Murad müəllim mənə başdan dedi ki, Çina burda heç bir köməklikdən söz ola bilməz, yalnız öz gücün və iradən və mən qalib oldum.

-Bildiyimizə görə siz maşını satib,bütün pulu uşaqlar evinə vermisiniz.

-Bəli maşnın pulunu uşaqlar evindəki uşaqlara 200 nəfərlik bayram qonaqlığı verdim. Və bir də 3 yaşında uşağı əməliyyat elətdirdim. Və bunları etdiyim üçün çox xoşbəxtəm.

-Çinanın şəxsi həyatında nə var nə yox? Sevgiliniz varmı?

-Bəli var. Mən maşını qazanıb uşaqlar evinə verəndə hamı mənə dua etdi. Amma mənə elə gəlir ki, mən öz sevdiyim qıza rast gəlməklə ən böyük mükafatımı aldım.

-Tələbələriniz olubmu. Mümkündüsə adlarını

-Bəli olub, amma adlarını deyərəm hamsının yox. Qoy layiq olanları deyim. Artur Moskvada, Teymur Piterdə çalışır. Sonra Rəsul, dj Nasirov ..

-Bəs niyə bəzilərinin adını demək istəmədiniz , biz bilirik ki, siz onlara birbaşa bu sənəti öyrətmisiniz. Bu günkü gündə sizə görə pul qazanırlar, təşəkkür etmirlər?

-Siz bilirsiniz ,amma onlar bilmir . Zəng edib soruşsanız, deyərlər bu belə deyil. Indi nankor adamlar çoxdu inanın. Yenə də haqqımı halal edirəm.

-Çina dj sözünü toylara gətirib. Bu düzdürmü?

-Bəli,bunu mən etmişəm. Bu qapını mən açdım və Cina toy dj-dir deyenler indi özləri mənə toy üçün yalvarırlar.

-Toydan gələn gəlirdən razısınız?

-Bəli, mən tək deyiləm,öz işçilərim var. Yüksək səviyyədə öz işimizi görürük və bunun müqavilində pulumuzu alırıq.

-Çinanın aylıq gəliri nə qədərdir?

-Olur, pis deyil. 15-20 min arası. Sezonlarla çox baglı olur gəlirlərimiz təbii ki.

-Çox gözəl, bəs Çina vergi ödəyir?

-Bəli ödəyiram VÖEN - nim var, subut etməyə hər zaman hazıram.

-Çinanın ağlına Azərbaycanda muğənni deyən kimi birinci kim gəlir və yaxud deyir ki, bax bu müğəninin yerinə olsam, heç efirə çıxmazdım

-Aglıma gələn birinci mügənni Röya. Çünki Röyanı hər yerdə eşitmək olur. Demək olar dünyanın çox yerində də tanınır. Qaldı ki,Əli Mirəliyevin yerinə olsam heç efirə çıxmazdım. Mən şəxsən onu yalnız qalmaqallardan tanıyıram.

-Sonda yeni proyektlər, yeni işlər barəsində nə deyə bilərsiniz?

-Bu yaxında ANS cmdə 4 saatlıq verilişim olacaq. Ümüdvaram dinləyicilərimiz çox olar. Sonra kliplərim olacaq Zamiqlə Türkiyədə, Röya və Ramalla Bakıda. Bundan başqa 20 mahnım, 15 videorolikim, 3 klipim var.İnşallah bunları da izləyicilərimə tez bir zamanda geniş planda təqdim edəcəm.

-Sayıtımıza arzunuz, sözünüz

-Arzum odur ki,cox ömürlü olsun, reytinqləri qırıb keçsin ,bir nömrə olsun . Məncə elə siz bir nömrəsiniz. Mən sizi və rəhbərliyinizi sevirəm və çox dəstəkləyirəm. Təşəkkür edirəm ki, məni dəvət etdiniz və çox maraqlı oldu. İnanın ki, vaxtın hardan gəlib getdiyini heç bilmədim.

-Cingiz Musatafayev , biz də sizə təşəkkür edirik və sizin kimi çalışqan ,vətənini xarici ölkələrdə tanıdan Azərbaycan gəncləri ilə fəxr edirik. Böyük uğular arzulayırıq.

Müsahibəni hazırladı: Narınc Vəliyeva.



Fotograf Vəli Paşayev


DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir.




DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir.




DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir.




DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir.




DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir.




DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir.




DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir.




DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir.




DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir.




DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir.




DJ CHINA :Həyatda ən böyük mükafatım sevdiyim qıza rast gəlməyimdir.скачать dle 11.3








46 264 12.04.14 17:14

Последние публикации