Model Əfsanə Qasımova:Azərbaycanda oglan model tanımıram. » Median.Az Агентство новостей

Model Əfsanə Qasımova:Azərbaycanda oglan model tanımıram.
Model Əfsanə Qasımova:Azərbaycanda oglan model tanımıram.

Müsahibim tanınmış model Əfsanə Qasımovadır.

-Əfsanə xanım, özünüz haqqında zəhmət olmasa

-1987ci ildə Siyəzəndə anadan olmusam.Ali təhsilliyəm. Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişəm.Subayam və model kimi fəaliyyət gostərirəm.Uşaqlıqdan bu sənətə can atırdım.Düzdür,tam istədiyim zirvədə deyiləm, amma “dama dama göl olar”deyərlər. Həmişə tanınmış modelləri görəndə düşünürdüm ki,mən məhz bu sənətə yiyələnim. Çox xoşbəxtəm ki,bu sənəti seçmişəm,çox maraqlı sənətdir. Belə bir deyim var:Əgər həyatda xoşbəxt olmaq istəyirsənsə,birinci işini sevməlisən.

-Neçə ildir model kimi fəaliyyət göstərirsiniz,Əfsanə xanım?

-Artıq 2 ildir,yəni 2011 ci ildən.

-Azərbaycanda hansı modelləri tanıyırsınız?

-Səbinə və Solmaz Allahverdiyevaları, oglan model tanımıram.

-Azərbaycan şou-biznesində Əfsanə xanım hansı mugənnini tanıyır? Deyir ki, bax mən mugənni kimi bunu tanıyıram.

- Nura Suri, Nuri Sərinləndirici, Rüfət Axundov, Elariz Məmmədoğlu, Könül Kərimova. Bilirsiniz,Azərbaycanda bir çox müğənnilər var ki,sözünü professional səhnədə deyə bilər, amma başı toylara qarışıb. Azərbaycanda şou biznesdən çox toy biznesi var.

-Sizcə Azərbaycanda ən zövqlü geyinən xanım kimdi?

-Nura Suri, Sevda Yəhiyayeva və s. Azərbaycanda bahalı geyinən xanım çoxdur.Amma zövqlü geyinən xanım məncə azdı, axı bizdə həmdə marka, modelyer rəqabəti də gedir.

-Əfsanə xanım,bu iki ildə qazandıqlarınız və fəaliyyətiniz. Ümumiyyətlə,fəaliyyətiniz sizi qane edir?

-Olub,amma yenə öyrənirəm,iddialıyam. Ümid edirəm istədiyim yeri tutacam və tək Azərbaycanda deyil,xarici ölkələrdə də tanınacam,insallah. Atalar sözlərinə cox inanıram və deyirəm, niyyətin hara, mənzilin ora. Inşallah niyyətim məni mənzilimə çatdırar.

-Əfsanə xanım hansı rejisorlarla işləyib? Hansı kliplərdə yer alıb? Və hansı kanallarla çalışıb?

-Rejissorlardan Rəhman, kinorejissor Natiq Novruzla isləmisəm, kanallardan əsas Azad Azərbaycan kanalında “Şarm” verilişi,” Alma almaya bənzər”,”10 yaş cavanlaş” və s. Kliplərə gəldikdə isə Elariz Məmmədoğlu, Rüfət Axundov, Azad Şabanov, Taleh və s. Kimi müğənnilərin kliplərində çəkilmişəm.Seriallara dəvət alıram,amma etiraz edirəm.Çünki cox vaxtımı alır.Hər şey qısa olsun istəyirəm.

-Gələk Əfsanə xanımın şəxsi həyatina. Nə var-nə yox,sevgiliniz varmı?

-Şəxsi həyatımda subayliqdir,amma sevgilim təbii ki var, niyə də olmasın?

-Kim? Adını açıqlaya bilərsiniz?Əfsanə xanım, məncə maraqlı olar.

-Deyə bilmərəm,şok olar -(gülür). Bəzi şeylər var ki,bunu hamı ilə paylaşmaq olmur, amma müsahibədən sonra sizə deyərəm

- Deyərsiniz, mənədə maraqlı olar bu şok adam. Evlilik düşünürsünüz ?

-Yox hələ.Evlilik həmişə var.Amma mənim üçün karyeram hər şeydən önəmlidir. Qarşıda planlarım çoxdu. Evlilik, uşaq bir az məsuliyyətli işdir.Buna vaxt ayırmaq və hətta sənətini qurban vermək lazım olur. Bu da mənlik deyil. Vaxtı gəndə Allahım izn verəndə o da olar. Ümİd edirəm məni və sənətimi qəbul edən bir bəylə ailə hyatı quraram.

-Saytımıza arzunuz,sözünüz

-Çox sag olun hər şeyə görə, oxuyucularınız çox çox olsun. Saytınız uzun ömürlü olsun,insallah. Arzu edirəm ki,butun xarici ölkələrdə tanınan bir sayt olsun və əsasən xalqın sevimlisi olasınız.

-Bizdə sizə təşəkkur edirik, yeni yeni nəaliyyətlər arzulayırıq. Şəxsi həyatınızda da sizə o ağ atlı oglanla ailə həyatı qurmagınızı arzulayırlq. Bilmək olmaz,həyat surprizlərlə doludur,Əfsanə xanım.


Müsahibəni hazırladı; NARINC VƏLİYEVA


Fotograf Vəli Paşayev


Model Əfsanə Qasımova:Azərbaycanda oglan model tanımıram.





Model Əfsanə Qasımova:Azərbaycanda oglan model tanımıram.





Model Əfsanə Qasımova:Azərbaycanda oglan model tanımıram.





Model Əfsanə Qasımova:Azərbaycanda oglan model tanımıram.





Model Əfsanə Qasımova:Azərbaycanda oglan model tanımıram. Median.Az Агенство Новостей Median.Az Агенство Новостей






67664 28.03.14 13:31

Последние публикации

 
Median.Az