Bakının bəzi yerlərində suyun səviyyəsi təhlükəli həddədir – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Bakının bəzi yerlərində suyun səviyyəsi təhlükəli həddədir – VİDEO
Abşeron göllərində, əsasən Zabrat və Məhəmmədi göllərinin kənarındakı evləri subasma təhlükəsi hələ də qalmaqdadır.

Xezerxeber.az məlumat verir ki, hər iki göldə kənara axın olmadığından səviyyə əvvəlki vəziyyətdədir. Göl ətrafında tikilən evlərin əksəriyyətinin zirzəmisi su ilə dolub.

Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralovun sözlərinə görə, Bakı qəsəbələrinin əksərində olan göllərin suyun səviyyəsi dəyişməz qalıb. Zabrat və Məhəmmədi göllərində isə sululuq artmaqda davam edir.

Əvvəllər göldə suyun səviyyəsi qalxanda su ötürücülərlə vasitəsi ilə dənizə axıdılıb. Hazırda isw hwmin kanallar vw borular sıradan çıxıb. Üstwlik, kanalizasiya suları da göllwrw axıdılır. Bu isw twhlükwni artırır.

Əziz Qaralov suyun səviyyəsinin sabit saxlanılması üçün mütləq kollektor sisteminin qurulmalı olduğunu deyir. Əks halda isə heç cürə suyun artımının qarşısını almaq mümkün deyil.

Əziz Qaralovun sözlərinə görə, yeni sistem tam quraşdırıldıqdan sonra artıq bu ərazilərdəki göllərdə sululuq səviyyəsinə nəzarət etmək mümkün olacaq və yaxınlıqda tikilən evlərin də subasma təhlükəsi aradan qalxacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            958 30.03.17 13:36