Xəzərdə fırtına həyəcanı: neftçilər evakuasiya edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Xəzərdə fırtına həyəcanı: neftçilər evakuasiya edildi
Martın 31-də dənizdə fırtına gözlənilir. Artıq bu barədə SOCAR-a Milli Hidrometeorologiya Bürosundan telefonoqram göndərilib.

SOCAR-ın mətbuat xidmətindən Baku.ws-ə verilən məlumata görə, bütün mədənlərə xəbərdarlıq edilib.

"Fırtına proqnozu səbəbindən yalnız operatorlar öz iş yerlərində olacaqlar. Hasilatı dayandırmaq olmaz axı. Allahın köməkliyi ilə heç nə olmaz”- deyə SOCAR- dan bildirilib.

Əldə etdiyimiz məlumata görə, martın 31-də dənizdə şimal küləyinin sürətinin saniyədə 38 metrdən yuxarı olacağı gözlənilir. Təhlükəsizlik tədbirləri çərçivəsində mədənlərdən demək olar ki, işçilərin əksər hissəsi artıq bu gündən evakuasiya edilib. Operatorların sayı isə iki dəfə azaldılıb.

Qeyd edək ki, 2015-ci ilin 4 dekabr tarixində fırtına zamanı "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 32 nəfər həlak olmuşdu.

2016-cı ilin dekabrında da eyni səbəbdən 10 nəfər itkin düşmüş, bu günə qədər onlardan yeddisinin meyiti tapılıb. Onlardan 7-si operator, 2-si maşinist, biri mexanik olub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            861 30.03.17 12:29