Vaqif Əsədov taksi sürüclərinə xəbərdarlıq etdi: "İngilis-rus dillərini öyrənin" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Vaqif Əsədov taksi sürüclərinə xəbərdarlıq etdi: "İngilis-rus dillərini öyrənin"
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə taksi sürücülərinə müraciət edir.

Median.Az xəbər verir ki, idarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər taksi xidməti göstərən avtomobilləri taksi tanınma nişanları ilə tələblərə uyğun təchiz etməlidirlər:

"İlk növbədə Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı alınmalıdır. Avtomobilin damında və yan hissələrində taksi tanınma nişanları, eyni zamanda salonda taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri, o cümlədən, sürücünün fotosu, adı-soyadı olmadan avtomobillə sərnişin daşınması həyata keçirməyə görə inzibati məsuliyyət yaradır. Taksilər üçün müəyyən edilmiş 5.14, yəni taksilərin dayanacaq yeri nişanı ilə işarələnmiş duracaqlarından kənarda avtomobil saxlanılmamalıdır. Bu da inzibati xəta yaradır. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslər bu tələbi birmənalı yerinə yetirməlidir. Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olanlar üçün 170-ə yaxın yer təyin edilib. Hazırda 79 belə yerlər istifadəyə verilib, digərləri də tədricən taksilərin istifadəsinə veriləcək".

V.Əsədov bildirib ki, ölkəmizə gələn turistlərin sayının artması ilə əlaqədər taksi sürücülərinin xarici dilləri öyrənməsi arzuolunandır: "Xahiş edirik, taksi sürücüləri ölkəmizə bu qədər turizm axınını, turizmin inkişafını nəzərə alıb ingilis və rus dillərini heç olmasa müəyyən səviyyədə öyrənsinlər, paytaxtın xəritəsini, küçə və yolları əzbər bilsinlər. Bunlar vacib şərtlərdir".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 298 30.03.17 12:08