"40 dəqiqə qan içində qalıb, telefonu verib ki, atama zəng vur..." - Qəzada ölən Lalənin SON SÖZÜ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

"40 dəqiqə qan içində qalıb, telefonu verib ki, atama zəng vur..." - Qəzada ölən Lalənin SON SÖZÜ
Bakı-Sumqayıt yolundakı dəhşətli faciədə komadan ayılmayaraq dünyasını dəyişən 6-cı tələbə Lalə Nəsibzadənin anası Naibə xanım qızının ölümündən danışıb.

Naibə xanımın sözlərinə görə, həyat yoldaşı Yaşar telefonu onun əlindən alıb qəza xəbərini eşidincə elə ev paltarında palto-filan geyinmədən, evdən çıxıb.

"Yolda Lalənin telefonu ilə zəng edən oğlana zəng eləyib, o da deyib Masazır körpüsünün üstündədirlər. Sonra bildik oğlanın adı Bəhruzdur. O, hansısa zavodda işləyir. İşə gedəndə görüb ki, yolda qəza olub, yaralı vəziyyətdə hərə bir tərəfdə yıxılıb qalıb. Görüb ki, uzun saçlı bir qız qan içindədir. Lalə ayıq olub, telefonu koddan çıxarıb, Bəhruza uzadıb ki, atama zəng vur. Oğlan deyir, əliylə sağ tərəfini tutub, inildəyirmiş, hələ qanlı paltarlarına əlim gəlmir, açım, baxım. 40 dəqiqə orada qan içində qalıb. Tıxacdan çıxmaq mümkün olmayıb. Heç bir maşın saxlamayıb, amma ağ "Cip”də qadın sürücü saxlayıb. O da "Semaşko”da həkim olub. Məclisi yola verim, o həkimi də tapıb, minnətdarlıq eləyəcəm. Oğlan deyib, ən ağır vəziyyətdə olan bu qızdı. Lalə də ordakıların ən gənciymiş. Həmin xanım Laləni götürüb. Yoldaşım "Semaşko”nun qapısı ağzında ağ "Cip”dən saçları dağılmış bir qızın, huşsuz vəziyyətdə düşürüldüyünü görüb. Yaxınlaşıb ki, Lalədir...”//Sfera.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 530 30.03.17 11:47