Dağıstanda Azərbaycandan yük daşıyan TIR-lar yandırılıb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Dağıstanda Azərbaycandan yük daşıyan TIR-lar yandırılıb - VİDEO
Artıq iki gündür ki, Azərbaycandan Rusiyaya yük daşıyan TIR-lar Dağıstanda saxlanılır. Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə onları saxlayanlar gömrük və ya polis əməkdaşları deyil, elə TIR sürücülərinin Dağıstandan olan həmkarlarıdır.

BBC rus xidmətinin bildirdiyinə görə Dağıstan uzaq yol sürücüləri respublika ərazisindən keçən TIR-ları saxladaraq onların sürücülərini "Platon” şirkətinə qarşı aksiyaya qoşulmağı tələb edirlər. Belə ki, dağıstanlı TIR sürücüləri federal yollardan istifadəyə görə TIR sürücülərindən haqq yığan "Platon” şirkətinə etiraz olaraq öz maşınlarını yol kənarlarında saxlayaraq aksiya keçirirlər. Və respublika ərazisindən keçən TIR-ların sürücülərindən də tələb edirlər ki, onlara qoşulsunlar. Lakin aksiyaya qoşulmaqdan imtina edib yoluna davam etmək istəyənlərə qarşı zor tətbiq edilməsi, hətta onların maşınlarının yandırılması halları da qeydə alınıb.

Hərçənd Dağıstan DİN aksiyanın insidentsiz davam etdiyini bildirib. DİN-in bildirdiyinə görə, aksiya iştirakçıları Dağıstan üzərindən yükdaşımaları əngəlləmirlər. Aksiyaçıların nümayəndəsi Rüstəm Malamaqomedov isə deyib ki, onlar respublikanın bütün regionlarında TIR sürücülərinə "Platon”a qarşı etirazlara cəlb etməyə çalışırlar. "İzah etməyə çalışırıq ki, niyə dayanmışıq. Onlar da dayanırlar, hədə-qorxusuz, səliqə ilə izah edirik”-o deyib. Bəs dayanmaqdan imtina edənlər necə olur? Malomaqomedov bu suala cavab verməyib.

Ancaq digər aksiyaçı fəal Ruslan Ramazanov etirazçıların respublika ərazisindən yük daşıyan maşınların hərəkətini əngəllədiyini təsdiqləyib. O, şüşələri sındırılmış bir neçə TIR-ın fotosunu da göstərib. Məlumata görə TIR-lardan birinə od vurulub, maşın yüklə birlikdə yanıb. Ramazanov onu da deyib ki, sürücülərdən biri Azərbaycandan gedən bir neçə TIR-ın məcburən saxlanıldığını görüb, maşınları QAİ əməkdaşları əhatəyə alıbmış.

Baku.ws-in oxocusu İmran Yusifli yandırılan TIR-lardan birinin videosunu göndərib. Həmin videonu təqdim edirik:скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 689 30.03.17 10:58