Azərbaycanda vahid taksi sistemi yaradılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Azərbaycanda vahid taksi sistemi yaradılacaq
Bakı Nəqliyyat Agentliyi (BNA) 36 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının çəkilməsini təklif edib.

Median.Az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu BNA-nın baş direktoru Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, ilkin olaraq 9 küçə və prospektdə bu zolağın çəkilməsinə razılıq verilib. V.Kərimli xatırladıb ki, avtobuslardan başqa, operativ nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları da bu zolaqlardan istifadə edə biləcək.

Həmin zolaqlardan taksilərin istifadəsinə gəlincə, qurum rəhbəri bunu deyib: "Bakıdakı taksi məsələsi ilə bağlı pərakəndə vəziyyət mövcuddur. Buna görə, biz vahid taksi sisteminin yaradılması ilə bağlı təklif irəli sürümüşük. Bəzi taksilər "A" nöqtəsindən "B" nöqtəsinə aparmaq üçün dolayı yollardan istifadə edir. Taksi bazası yaradıldıqdan sonra taksilər onlara verəcəyimiz xətlə istifadə edəcəklər. Əks halda istənilən şəxs avtomobil damına taksi işarəsi qoyub həmin yoldan istifadə edəcək. Bu məsələdə vətəndaşlarımızın da üzərinə məsuliyyət düşür. Gərək vətəndaşlarımız fərqlənmə nişanı olmayan taksilərdən istifadə etməsinlər".

V.Kərmili xüsusi hərəkət zolaqlarından istifadə hüququ olmayan digər nəqliyyat vasitələrinə tətbiq ediləcək cəza tədbirlərinə də toxunub. Onun sözlərinə görə, BNA ilə Baş Dövlət Yol Polisi (BDYP) arasında memorandum imzalanıb. Memorandumun şərtlərinə əsasən, xüsusi hərəkət zolaqlarından istifadə edən nəqliyyat vasitələrinin fotoları BDYP-yə göndəriləcək və onlar barəsində müvafiq cəza tədbiri görüləcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 126 29.03.17 18:40