Nazirin müşavirindən “Tax Free” ilə əlaqədar vacib açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Nazirin müşavirindən “Tax Free” ilə əlaqədar vacib açıqlama
“Tax Free” sistemində olduğu kimi, ticarət festivalları dövründə bir sıra mallar var ki, onlara görə tutulmuş ƏDV qaytarılmır”.


Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.

“Bura aksizli mallar, ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri aiddir.

Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması yalnız bir elektron vergi hesab fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda təmin edilir”.

Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması ilə “Tax Free” sisteminin fərqinə gəlincə, nazirin müşaviri qeyd edib ki, əsas fərq budur ki, ticarət festivallarında alıcıya fərq qoyulmur:

“Yəni Bakıda təşkil olunacaq ticarət festivallarında ƏDV, əcnəbilərlə yanaşı, yerli vətəndaşlara da qaytarılacaq. “Tax Free” sistemində isə ƏDV-nin qaytarılması yalnız əcnəbi turistlərə şamil edilir.

Daha bir fərq də budur ki, “Tax Free” sistemində 300 manatdan artıq alınmış mallar üzrə ƏDV-nin qaytarılması nəzərdə tutulurdusa, ticarət festivalları zamanı bu hədd daha aşağıdır - bir e-VHF üzrə alınan malların dəyəri ƏDV ilə birlikdə 100 manatdan çox olmalıdır.

“Tax Free” sistemində alıcı malı ölkə ərazisindən çıxardıqdan sonra ən geci 90 gün ərzində ƏDV geri qaytarılır, ticarət festivallarında isə belə məhdudiyyət yoxdur - mal alındığı gün ərzində ƏDV geri qaytarılır.

“Tax Free” sistemində malların yoxlanılması və ƏDV-nin qaytarılması gömrük sərhəd-buraxılış məntəqələrində, ticarət festivallarında isə bilavasitə ticarət məkanlarında yaradılan xüsusi köşklərdə həyata keçirilir.

Ticarət festivalları dövründə festival iştirakçısı olan hər bir ticarət obyektindən mal almış istənilən şəxs ona lazım olan bir çox malları daha ucuz qiymətə əldə edə biləcək, bu isə öz növbəsində ticarət dövriyyəsinin artmasına səbəb olacaq”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 686 29.03.17 16:52