Anar Məmmədov ticarət mərkəzini satdı-Bütün brend mallar 90 faiz endirimdədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Anar Məmmədov ticarət mərkəzini satdı-Bütün brend mallar 90 faiz endirimdədir
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ona məxsus ticarət mərkəzini satıb.

Median.Az-in AzEuroNews.com-a istinadən verdiyi məlumatına görə, Bakı Beynəlxalq Avtovağzalında yerləşən "Baku Outlet Park” ticarət mərkəzi əl dəyişib. Ticarət mərkəzində çalışanlardan saytımıza verilən məlumata görə, keçən həftə satılan ticarət mərkəzinin yeni sahibinin adı hələ ki, gizli saxlanılır.

Aldığmız məlumatda deyilir ki, ticarət mərkəzinin sahibi təhvil-təslim üçün gəlsə də, onu görə bilməyiblər: "Anar Məmmədovun özünü görmədik amma, nümayəndəsi Fəxrəddin müəllim ofisdə idi. Onlar mağazaları gəzib bəzi məlumatları yazdılar. Burda qonşuluqda bəzi mağazalar var ki, onlar neçə aydır icarə haqqını verə bilmir. Onlara deyiblər ki, narahat olmayın bütün mağazaların borcları sıfırlanacaq. Açığı buna çox sevindik”.

Məlumatı verən satıcı deyir ki, "Baku Outlet Park” ticarət mərkəzində alver çoxdan ölüb: "Yerpulunun baha olması istər-istəməz mallara da təsirini göstərirdi. Ümidimiz buranın yeni sahibinədir. Buradan yüzlərlə insan evinə çörək aparır. Biz nə istəyirik? Əl-ələ verib dolanaq da..”.

Qeyd edək ki, Bakı avtovağzal kompleksindəki "Outlet park” 2011-ci ildə fəaliyyətə başlayıb. O, vaxt ölkə mətbuatı yazdı ki, yeni ticarət mərkəzi nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Nazir isə bu faktı nə təsdiq, nə də ki, təkzib etdi.

Ticarət mərkəzindən verilən məlumata görə, 8500 kvadrat metr ərazidə fəaliyyət göstərən "Zara”, "H&M”, "Pull&bear”, "Bershka”, "Stradivarius”, "Adidas”, "Nike”, "Reebok”, "Puma” və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə müştərilərə təqdim olunur.

Məlumat üçün bildirək ki, XX əsrin 70-ci illərində ABŞ-da yaranan və 90-ci illərin sonunda məşhurluğun zirvəsinə çatan "outlet” mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90%-ə çatan endirimlərlə əldə edə etmək olur.

Anar Məmmədov ticarət mərkəzini satdı-Bütün brend mallar 90 faiz endirimdədir
Anar Məmmədov ticarət mərkəzini satdı-Bütün brend mallar 90 faiz endirimdədir
Anar Məmmədov ticarət mərkəzini satdı-Bütün brend mallar 90 faiz endirimdədir
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 808 29.03.17 16:28