Müğənninin ailəsində baş verən dəhşətli qətlin təfərrüatları » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Müğənninin ailəsində baş verən dəhşətli qətlin təfərrüatları
Müğənni, “N-Brothers” qrupunun üzvü İsmayıl Hüseynovun anası ilə xalası qızının dəhşətli qətlinin bəzi təfərrüatları məlum olub.

Median.Az AzNews.az-a istinadla xəbər verir ki, müğənninin atası Qurban Hüseynov həmin günü içkili olub.

“Qurban kişi çox əsəbi adamdır, səhhətində də müəyyən problemləri vardı, içirdi. Həmin günü onun həyat yoldaşı Fəraiz Amustəbrizinin arasında münaqişə düşüb. Münaqişə zamanı Qurban Hüseynovun əlinə qantel keçib. O, qantellə həyat yoldaşının başına vurub. Bu zaman evdə olan Rəhilə Amustəbrizi köməyə gəlib. Qurban kişi onu necə itələyibsə başı dəyib, elə oradaca keçinib”, - deyə ailəyə yaxın mənbə bildirib.

Həmin şəxsin dediyinə görə, Rəhilə Amustəbrizi Qurban Hüseynovun baldızı qızıdır:

“İsmayılın xalası çox cavan yaşlarında dünyasını dəyişib. Həmin vaxt Rəhilə balaca olub. İsmayılın anası da Rəhiləni götürüb öz qızı kimi saxlayıb. Əslində Qurban kişi öz qızını öldürüb. Rəhilə də nişanlı idi, 18 yaşı vardı, evdə səsi çıxmazdı. İki aydan sonra toyu olacaqdı. İsmayılın anası çox yaxşı qadın idi, qonaqpərvərliyi ilə hamının qəlbinə yol tapmışdı”.

Ailənin yaxını İsmayıl Hüseynovun hələ şokda olduğunu qeyd edib:

“İsmayıl 5-6 ay idi ki, ailə qurmuşdu. Yazıq, hələ olanların təsiri altındadır. Heç ad günü olsaydı, bu qədər yazmazdılar. Bədbəxt hadisədir deyə, hamı ondan yazdı”.

Martın 24-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Qurban Hüseynov münaqişə zəminində arvadı Fəraizin və baldızı qızı Rəhilə Amustəbrizinin baş nahiyəsinə küt alətlə vuraraq qətlə yetirib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 533 29.03.17 14:50