Bakıda 3 uşaq anası əməliyyat zamanı öldü » Median.Az Агентство новостей

Bakıda 3 uşaq anası əməliyyat zamanı öldü
Ötən gün Bakının tanınmış xəstəxanasında qadın əməliyyat zamanı dünyasını dəyişib.

Median.Az xəbər verir ki, mərhumun yaxınları criminal.az-a bildirib ki, 3 uşaq anası olan Vüsalə adlı qadın 5 saylı xəstəxanada “qrıja” əməliyyatı olunub.

Lakin xəstə əməliyyat masasında keçinib.

Mərhumun ailəsi yaxınlarının ölümündə həkim səhlənkarlığı olduğunu iddia edirlər.

Bildirirlər ki, həkim əməliyyat zamanı xəstənin damarını zədələyib. Xəstə isə qanaxmadan dünyasını dəyişib.

Hətta həkim hadisədən sonra mərhumun ailə üzvlərinə əməliyyat pulunu qaytararaq “olur də belə şeylər” deyərək gedib.

Mərhum xanımın 3 azyaşlı uşağı anasız qalıb. Median.Az Агенство Новостей Median.Az Агенство Новостей






912 12.01.17 14:11

Son Əlavə

 
Median.Az