Azərbaycanda dəhşətli hadisə: 6 nəfər kənd sakinini döyüb ölümcül vəziyyətə saldı - VİDEO » Median.Az Агентство новостей

Azərbaycanda dəhşətli hadisə: 6 nəfər kənd sakinini döyüb ölümcül vəziyyətə saldı - VİDEO
Goranboy rayonunda döyülmə faktı qeydə alınıb.

Hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd sakini Elşad Dadaşov dünən səhər saatlarında qohumları tərəfindən kəndin yaxınlığında huşunu itirmiş vəziyyətdə tapılıb.

Döyülərək müxtəlif bədən xəsarətləri aldığı bildirilən 34 yaşlı Elşad Dadaşov dərhal Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qohumları bildirib ki, E. Dadaşov münaqişə zəminində 6 nəfər kənd sakini tərəfindən döyülüb. Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)скачать dle 11.3








2 305 11.01.17 17:16

Son Əlavə