"Sən Yaşa Azərbaycan" sədaları İranı titrətdi - VİDEO » Median.Az Агентство новостей

"Sən Yaşa Azərbaycan" sədaları İranı titrətdi - VİDEO
Baku.ws-in məlumatına görə, klub azarkeşləri "Sən yaşa Azərbaycan" mahnısını bir ağızdan səsləndirib. "Traktur" klubunun azarkeşləri tez-tez bu cür öz klublarına daəstəklərini nümayiş etdirir.

"Traktur"un azarkeşləri İran futbol klubları azarkeşləri arasında ən çılğınları sayılırlar. Klub hər il ardıcıl olaraq ən çox tamaşaçısı olan komanda seçilir. Traktorsazi klubunun prezidentinin dediklərinə görə 2010-cu ildə bu klubun 482 min rəsmi azarkeşi olub. Hazırda bu klub İranda yaşayan azərbaycanlıların kimlik mübarizəsinin simvollarından birinə çevrilib.

Klubun azarkeşləri sevimli komandalarına hətta səfər oyunlarında da rəqib komandanın stadionuna axışmaqla böyük dəstək olurlar. Təkcə əhalisinin 97 faizə qədəri azərbaycanlı olan Təbrizdə deyil, paytaxt Tehran da daxil, ölkənin türk kökənli insanlarının yaşadığı bütün şəhərlərdə komandanın milyonlarla azarkeşi var. Xüsusilə, Tehranın "İstiqlal" və "Persepolis" futbol komandaları ilə səfər oyunlarında Tehranın 100 minlik stadionuna toplaşan azarkeşlərin ən azı yarısı "Traktur"u alqışlayır.

İranda futbol stadionuna tamaşaçı toplamaq rekordu da "Traktur"a məxsusdur: İranın yüksək futbol liqasının oyunları çərçivəsində "Traktur"un Təbrizin doğma Səhənd stadionunda Şirazın "Muqavimət Sipası" komandasına qarşı keçirdiyi oyuna stadionun tutumundan daha artıq azarkeş gəlib və bəzi mənbələrə görə sayı 110-150 min arası olan bu azarkeşlər öz doğma komandalarına hətta ətrafdakı təpələrin üzərinə çıxaraq azarkeşlik ediblər. "Traktur" İran milli futbol çempionatının yüksək liqasının 2010-2011-ci il mövsümündə ən güclü azarkeş dəstəyinə malik komandası olub. Orta hesabla Təbrizin Səhənd stadionuna bu komandanın hər oyununa tamaşa etmək üçün 60 min azarkeş toplaşır. Median.Az Агенство Новостей Median.Az Агенство Новостей






1190 11.01.17 17:15

Son Əlavə

 
Median.Az