Doğum evindən təcili çıxarılan ananın həyatı təhlükədə » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Doğum evindən təcili çıxarılan ananın həyatı təhlükədə
Son günlər doğum evlərində ana və uşaq ölümü ilə bağlı xəbərlər intensiv xarakter alıb. Xeberle.com portalına müraciət edən vətəndaş Fərqan Əliyev bildirir ki, Sumqayıt şəhər 1 saylı doğum evində həkimlərin səhlankarlığı nəticəsində həyat yoldaşı ağır vəziyyətə düşüb və həyatına təhlükə var.

Vətəndaş qeyd edir ki, həyat yoldaşını Sumqayıt şəhər 1 saylı doğum evinə yerləşdiriblər. Normal doğuş üçün qəbul olunan xəstəni doğuş edə bilmədiyini əsas gətirərək qeysəriyyə yolu ilə əməliyyat ediblər. Yenicə dünyaya gələn övladının mikroblu olduğunu bildirərək uşağa ağır antibiotiklər təyin ediblər. Hər hansı hərarəti olmayan və normal qidalanan uşağı müalicə adı ilə 5 gün xəstəxanada saxladıqdan sonra məlum olub ki, ananın da vəziyyəti yaxşı deyil. Doğuşdan sonra bunun normal olduğunu və qan itirdiyini bildirərək anaya 3 dəfə qan köçürülüb və antibiotiklər təyin edilib. Səbəb olaraq isə əməliyyat sonrası bunun normal olduğu bildirilib.

8 gündən sonra evə buraxılan ananın vəziyyəti kəskinləşib. Respublika Mərkəzi xəstəxanasında müayinə edilən ananın əməliyyat zamanı mikroba yoluxduğu məlum olub. Eyni zamanda aparılan müalicələrin heç bir təsirinin olmaması ilə yanaşı bədəndə ağırlaşma yaradıb. Fərqan Əliyev bildirir ki, Sumqayıt şəhəri 1 saylı doğum evindən Mərkəzi Respublika Xəstəxanasına göndəriş almaq istəsə də, bunu verməyiblər və məsuliyyətdən yayınıblar. Şikayətçi qeyd edir ki, bu gün səhər yenidən xəsəxanadan zəng vuraraq xəstəni gətirəcəyi təqdirdə göndəriş vermək mümükün olduğunu bildiriblər. Ananın vəziyyətinin ağır olduğunu və artıq Mərkəzi Respublika xəstəxanasına yerləşdirmək istəsə də xəstəxana göndəriş tələb edir.

Şikayətçi deyir ki, yenidən həmin doğum evinə qayıtmağa qorxur. "Təsəvvür edin 5 gün baxımsız vəıziyyətdə qalan qoldaşına qızdırması 40 olduğu halda adi hərarət salan iynə tapıb vurmayıblar. 5 gündən sonra xəstəxanada etiraz edəndən sonra yenidən ananı reanimasiya şöbəsinə yerləşdirdilər. 2 gün orda qaldıqdan sonra evə buraxdılar. Yenidən müayinə edilən zaman isə əməliyyat zamanı mikrob düşdüyü aşkarlandı. Bu cavab isə Sumqayıt 1 saylı doğum evinin həkimlərini qane etmir və deyirlər ki, heç bir problem ola bilməz. İndi mən necə yenidən bunlara etibar edə bilərəm?!”

Hazırda ananın durumu ağır olaraq qalır. Vətəndaş bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirir. Eyni zamanda Səhiyyə Nazirliyindən bu məsələni araşdırmağı tələb edir. Xəstənin yaxınlarının portalımıza verdiyi son məlumata görə hazırda Mərkəzi Respublika Xəstəxanasında olan ananı yenidən əməliyyat edirlər, onun qarın nahiyəsində çoxlu çirk yığılıb qalıb. Həkimlərin sözlərinə görə pasient dölü itirmək, bir daha ana olmamaq təhlükəsi ilə üz-üzə qalıb. Həyatı təhlükə altına düşən qadında həmçinin böyük qanazlığı var.

(xeberle.com)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 330 11.10.16 15:19