Günün fotosu - Futbol eşqi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Günün fotosu - Futbol eşqi
Bu şəkil Bakıda, sökülüb bitməkdə olan "Sovetki"də Məmməd Şərif adlı fotoqraf çəkib.

Şəkildə topla məşq edən 10-12 yaşlı uşaq görürsünüz. Onu milyonlarla futbolsevər yaşıdından fərqləndirən cəhət topla qoltuq ağaclarına dayanaraq məşq etməsidir.

Median.Az musavat.com-a istinadən bildirir ki, bu uşaq şikəst deyil, sadəcə, ayağını zədələyib - həm də güman ki, bir neçə gün öncə asfalt üzərində futbol oynayanda.

Bu, şəkil bir uşağın futbola eşqinin şəklidir.

O, bəlkə də indən belə yaxşı futbol oynaya bilməyəcək, yenidən zədələnməkdən qorxacaq.

Amma bu qorxu onun qəlbindəki futbol eşqinin öləziməsinə səbəb olmayacaq.

Ölkə bu cür futbolsevər uşaqlarla doludur. Onlar gün ərzində 3-4 saat top qovmaqdan, bir o qədər də futbol barədə danışmaqdan doymurlar.

Nə yazıq ki, onlar bir az böyüyürlər, hətta futbolla peşəkar səviyyədə məşğul olan, futbolçu kimi ad çıxaranlar da məşq etməyə ərinir, tənbəlləşir, özlərini inkişaf etdirmirlər.

Nəticə acınacaqlı olur.

Futbolu sevdinsə, gərək sonacan sevəsən, futbolçu oldunsa, gərək ən yaxşısından olasan.

İslandiyada futbolu çox sevirlər - həm də peşəkarcasına.

Elə ona görədir ki, 80 milyonluq Türkiyənin 81 vilayətinə daxil olan yüzlərlə rayonundan biri qədər (məsələn, Alanya) əhalisi olmayan İslandiyanın milli komandası Türkiyə yığmasına qalib gəlir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 559 10.10.16 17:36