Bakıda 6 aylıq uşağı xəstəxanaya kim atıb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Bakıda 6 aylıq uşağı xəstəxanaya kim atıb?
Ötən gündən etibarən sosial şəbəkədə 6 aylıq qız uşağının anası tərəfindən xəstəxanaya atılması geniş müzakirələrə səbəb olub.

Median.Az qafqazinfo.az-a istinadən bildirir ki, azyaşlının şəklini paylaşanlar onun hazırda Qarayev adına 2 nömrəli xəstəxanada olduğunu deyirlər. Qeyd olunur ki, körpə xəstəxanada doğulsa da, heç kim gəlib onu götürməyib.

Adı çəkilən sayt məsələni dəqiqləşdirmək üçün A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasının qəbul şöbəsi ilə əlaqə saxlayıb.

Qəbul şöbəsi hazırda xəstəxanada belə bir uşağın olduğunu təsdiqləyib. Bildirilib ki, körpəyə dövlət tərəfindən hər cür qayğı göstərilir, vaxtında dava-dərmanı verilir.

Sözügedən xəstəxananın baş həkiminin müavini Eldar Rəhimov isə məsələni təkzib edib. O, hazırda klinikada valideynləri tərəfindən atılan heç bir uşağın olmadığını vurğulayıb.

Maraqlıdır ki, uşaq 6 aylıqdır və necə ola bilər ki, doğum evi kimi fəaliyyət göstərməyən xəstəxanada doğulub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verib. O qeyd edib ki, belə bir uşaq xəstəxanada yoxdur: "Xəstəxanada 6 aylıq valideynsiz uşaq olmur. Bu yaşda körpələr uşaq evlərinə verilir. Ona görə də 6 aylıq uşağın klinikada qalması mümkün deyil".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 534 10.10.16 17:13