Bu restoranda müştərilər aldığı maaşa görə hesab ödəyir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Bu restoranda müştərilər aldığı maaşa görə hesab ödəyir - VİDEO
ARB TV-nin "Pəncərə" verilişində maraqlı sujet yayımlanıb.

Los-Ancelesdə açılan bu restoran dünyanın diqqət mərkəzindədir. Çünki burada qiymətlər stabil deyil.

"Everytable" adlanan restoranda yeməklərin qiymətləri müştərilərin maddi vəziyyətinə görə dəyişir.Yemək istəyən şəxsin aylıq gəliri bilindikdən sonra, ona seçdiyi yeməyin qiyməti deyilir. Yəni eyni yeməyə görə yoxsul insanlar daha az, orta gəlirli insanlar standart, yüksək gəlirlilər isə nisbətən yüksək məbləğ ödəyirlər.

Ümumiyyətlə isə yeməklərin qiyməti 2.5-4.5 dollar arası dəyişir. Müştərilərin artıq qalan yeməkləri isə atılmır. Onlar toplanır və küçələrdə xüsusi yerlərə qoyulur ki, evsiz-eşiksiz insanlara lazım ola bilər.

Dünyada ilk dəfədir ki, tətbiq olunan bu qiymət strategiyası Amerikalılarda olduqca böyük maraq yaradıb. Əslində "Everytable" bir "fast food" restoranıdır, amma zərərli qidaların satışı burada mümkün deyil. Yalnız təbii və sağlam qidalara üstünlük verilir. Mövzu Azərbaycanda da, sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 714 08.10.16 17:27