4 uşaq anası xəstəxanada öldü - "Narkoz vurulmuşdu, o da yarımçıq qaldı" - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

4 uşaq anası xəstəxanada öldü - "Narkoz vurulmuşdu, o da yarımçıq qaldı" - VİDEO
İsmayıllı rayonunda 4 uşaq anası dünyasını dəyişib.

ARB TV xəbər verir ki, rayonun Mirzə Ələkbər Sabir küçəsində yaşayan 45 yaşlı Nəzakət Dəmirova kəskin ağrılarla İsmayıllı Rayon Mərləzi Xəstəxanasında çatdırılıb.

Həkimlər ilk tibbi yardımdan sonra xəstəyə kəskin bağırsaq keçməzliyi, ürək-damar çatışmazlığı diaqnozu qoyaraq təcili cərrahiyə əməliyyatı olunmasına qərar veriblər.

Ailəsinin icazəsilə xəstə cərrahiyə şöbəsinə qaldırılarkən dünyasını dəyişib.

Nəzakət Dəmirovanın ölməsinə səbəb isə xəstəxanaya gec çatdırılması olub. Mərhumun həyat yoldaşının sözlərinə görə, o, son 10 ilə yaxındır ki, bu xəstəliyi tez-tez yüngül formada keçirib. Bu dəfə də xəstənin eyni duruma düşməsinin keçici olacağını zənn edən yaxınları onu ağırlaşdıqdan sonra xəstəxanaya çatdırıblar və həyatını xilas etmək mümkün olmayıb.

Həyat yoldaşı: "Yoldaşım Dəmirova Nəzakət Mahir qızı bu günə qədər bu evdə yaşayıb. Daha əvvəl də revmatizma xəstəsi olub. Evdə tez-tez yüngül xəstəliklər keçirirdi. Sadəcə bizim başımız çıxmayıb ki, bu xəstəlik içəridən ağır ola bilər. Müalicəsini də edirdi. Narkoz da vurulmuşdu, o da yarımçıq qaldı".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 190 08.10.16 16:32