"Space TV"nin yayımı dayandırıla bilər - SƏBƏB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

"Space TV"nin yayımı dayandırıla bilər - SƏBƏB
Ölkə.az saytının əldə etdiyi məlumata görə, Azərkosmos Açıq Səhmdar Cəmiyyəti (ASC) "Space TV"də rəqəmsal yayıma hazırlıq işlərinə baxış keçirsə də, ancaq telekanalın buna hazır olmaması müəyyən edilib.

Noyabrın 1-dən Azərbaycanda rəqəmsal yayıma keçid əlaqədar sözügedən telekanalın istifadə etdiyi texniki avdanlıqlara baxış keçirilən zaman məlum olub ki, "Space TV"də istifadə olunan texniki avadanlıqlar Azərkosmos Açıq Səhmdar Cəmiyyətinə (ASC) məxsus Azərspeys-1 peykinin Azərbaycan paketində yayımın tələblərinə cavab vermir.

Telekanal rəhbərliyinə tövsiyə olunub ki, “Xəzər”, “Azad Azərbaycan” və “Lider” televiziya kanalları rəqəmsal yayıma artıq hazır olduğu üçün "Space TV" də bu prosesi tezləşdirməlidir. Əks təqdirdə yayımdan məhrum ola bilər. Çünki noyabrın 1-ə az müddət qalsa da, "Space TV" rəqəmsal yayım üçün tələb olunan texniki avadanlıqlara hələ də yiyələnməyib.

Xatırladaq ki, noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə dekoder cihazı olmadan televiziya kanallarına baxmaq mümkün olmayacaq. Çünki Milli Televiziya və Radio Şurası həmin tarixdən etibarən ölkədə analoq yayımın dayandırılacağını açıqlayıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 010 08.10.16 15:38