Bakıda Dubay nömrəsi ilə sürülən "Lamborghini" cərimə meydanına salındı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Bakıda Dubay nömrəsi ilə sürülən "Lamborghini" cərimə meydanına salındı - FOTO
Yol polisi Bakı şəhərində yarım milyonluq "Lamborghini" markalı avtomobili cərimə meydançasına saldı.

Bu barədə criminal.az saytına avtomobilin sahibi Xəyal Tağızadə məlumat verib.

Median.Az bildirir ki, X.Tağızadə avtomobilinin cərimə meydançasına salınmasında criminal.az-ı günahlandırıb və səbəb kimi saytda dərc olunmuş məlumatı göstərib.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl criminal saytı avtosfer.az-a istinadla ''Bahalı maşını Bakıda Dubay nömrəsi ilə sürən kimdir?'' başlıqlı yazı dərc etmişdi.

Həmin yazıda qeyd olunurdu ki, məmur balaları yeni üsula əl atıblar. ''L 1117 Dubai nömrəli "Lamborghini" markalı avtomobil Bakıda bir neçə aydır sürülür. Son aylar Azərbaycana ərəb turistlərin axın etdiyi bir zamanda insanlar həmin avtomobilin sahibinin ərəb şeyxlərindən biri olduğunu zənn edirdilər. Lakin indi məlum olur ki, bu avtomobil Azərbaycanın yüksək rütbəli məmurlarından birinin ailə üzvünün avtomobilidir. Həmin avtomobili vaxtilə Dubayda sürən bu şəxs gözə girmək, diqqət mərkəzində olmamaq üçün maşını Bakıya gətirmirmiş. Lakin ərəb turistlərin Bakıya axını başlayandan sonra həmin avtomobil də müxtəlif vasitələrlə Azərbaycana gətirilib'', - deyə yazıda qeyd olunub.

Avtomobilin sahibi X.Tağızadə bü gün saytımıza bildirdi ki, həmin avtomobil ona məxsusdur və avqust ayında Dubay şəhərindən Bakıya gətirilib: ''Maşının 3 ay Bakıda Dubay nömrəsi ilə idarə olunması üçün icazəsi var. Lakin sizin saytda gedən yazıdan sonra yol polisi dünən maşını saxlayaraq cərimə meydanına apardı. Mən nə məmur oğluyam, nə də "avtoş"... Niyə rahat yaşamağa qoymursunuz bizi?

Fəxr etməlisiniz ki, azərbaycanlı "Lamborghini" sürür. Mən halal pul qazanıb maşın almışam. Dəqiqləşdirmədən, yoxlamadan yazını verməklə kiməsə ziyan vurursunuz. Bir həftədən sonra maşın yenidən Dubay şəhərinə aparılacaq''.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 950 07.10.16 18:09