AZAL-da sərnişinlərlə stüardessalar arasında qalmaqal » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

AZAL-da sərnişinlərlə stüardessalar arasında qalmaqal
Bu gün “Azərbaycan Hava Yolları”nın aşağı büdcəli brendi AZALJET-in Bakıdan İstanbula uçan reysində sərnişinlər və şirkət əməkdaşları arasında növbəti problem yaşanıb. Median.Az xəbər verir ki, hadisə şahidlərinin Report-a verdikləri məlumata görə, "J2 80 79" reysi ilə hərəkət edən təyyarədə mübahisə qadın sərnişinlərlə stüardessalar arasında baş verib. Şahidlərin sözlərinə görə, mübahisə sərnişinlərin stüardessaların birindən yerlərinin narahat olması səbəbindən qarşıdakı boş yerlərdə əyləşməyi xahiş etmələrindən sonra yaranıb:

“Təyyarədə qarşıda iki sıra boş yer var idi. Ayağında problem olan əliçəlikli qadın və yanında azyaşlı oğlu olan Aida Bayramova adlı sərnişin yerləri narahat olduğundan stüardessadan qarşıdakı boş yerlərdə keçib əyləşməyi xahiş ediblər. Lakin onlardan bu boş yerlərin əvəzi üçün 15 avro pul tələb olunub. Sərnişinlər bundan bərk qəzəblənərək boş yerə görə nə üçün pul ödəməli olduqlarını soruşduqda, onlara bunun peşəkarlıqla əlaqəli olduğu bildirilib. Onlar isə bunun peşəkarlıq deyil, qeyri-insani hərəkət olduğunu bildirdikdə, tərəflər arasında münaqişə baş verib”.

Bundan sonra bir neçə sərnişin şikayət kitabçası tələb edərək ora AZAL və onun qaydaları ilə bağlı öz narazılıqlarını qeyd ediblər. Hadisə şahidi, həmçinin onu da bildirib ki, sərnişinləri daha çox özündən çıxaran həmin boş yerlərə kiminsə pul ödəyərək öz çamadanını qoyması olub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 919 06.10.16 14:22