Yeznəsiylə qaçan 14 yaşlı qızın atasından şok açıqlama - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Yeznəsiylə qaçan 14 yaşlı qızın atasından şok açıqlama - FOTOLAR
Cəlilabad rayonunda 14 yaşlı qızın qaçırılması bir neçə gündür ölkə mediasının əsas müzakirə mövzusudur.

Rayonun Mikayıllı kənd sakini Ələmdar Məmmədov Məmmədrzalı kəndindən olan 14 yaşlı baldızı Gülbahar Əhmədovanı (ad şərtidir-red) qaçırdıb.

Ölkə.Az sözügedən məsələylə bağlı qaçırılan qızın atası Ramil Yusubovu redaksiyaya dəvət edib.

- Qızınızdan xəbər varmı?

- Heç bir xəbər yoxdur. Dünən Bakıya gələndən sonra aldığım məlumata görə, bunları son dəfə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində görüblər.

- Ailəylə qohumluğunuz olub?

- Qohum olmamışıq. Sadəcə, böyük qızım o evə gəlin köçüb.

- Qızınız iki il yarımdır ki, o ailədə gəlindir. Bu müddətdə narazılıq, problem olub?

- Azərbaycanın bütün ailələrində olduğu kimi, hər bir ailədə söz-söhbət olur. Mənim onlarla heç bir narazılığım, problemim olmayıb.

- Həyat yoldaşınız, yaxud Ələmdarın həyat yoldaşı olan qızınız Ələmdarla kiçik qızınızın hər hansı münasibətinin olduğunu hiss ediblərmi?

- Mən özüm də yeznəyəm. İnsan öz qaynanasına, baldızına, qaynatasına necə münasibət bəsləyər? Onu həmişə ailəmizin bir üzvü kimi qəbul etmişəm. İndiyə kimi Ələmdarla üz-üzə oturub bir stəkan çay içməmişik.

- Bu məsələdə qızınızı daha çox qınayırsınız, yoxsa Ələmdarı?

- Mənim bu gün sabah əlli yaşım tamam olur. Bu yaşımda istənilən azyaşlı qızı iki konfetlə yoldan çıxara bilərəm. Yəni bunu etmək asandır, amma əclaflıqdır axı... Zəngləri araşdırmışam. Qızım qaçan ərəfədə yeganə əlaqəsi olduğu şəxs yeznəm olub. İmanımı yandıra bilmərəm, amma nömrələrə əsasən deyirəm. Burada gizlədiləsi bir şey yoxdur. Son on günün telefon danışıqlarını çıxartdırmışam, qızımla yeznəmin telefon əlaqələri olub.

- Ələmdarın öz həyat yoldaşının durumu necədir? Qızınız nə deyir?

- O hazırda mənim evimdədir. Sizə bir söz deyim. Təxminən bir il əvvəl Ələmdarın yoldaşı yoldaşıma deyib ki, ana, qızın Ələmdarla çox danışır ha. Yəqin ki, qısqandığı üçün bu sözü deyib.

- Ələmdarın həyat yoldaşının neçə yaşı var?

- Oktyabrın 8-də 22 yaşı tamam olacaq.

- Demək ki, anasına deyibmiş...

- Bəli, bir dəfə olub. Onda yoldaşım deyib ki, ay bala, yad adamla danışmır, qardaşıyla danışır. Ondan başqa bir şey olmayıb.

- Ələmdar xaraktercə necə adamdır?

- O hərbi xidmətdə olduğu müddətdə də bir qadınla yaşayıb. Bunu mən Mikayıllı kəndindən öyrənmişəm. Deyirlər ki, mənim qızımdan əvvəl biri qızı istəyib, aldadıb.

- Ələmdarın anası Rəvayət Məmmədova bildirib ki, qaçırılan qız iki il yarımda onlarda bir dəfə olub...

- Cəmi bir dəfə mənimlə və anasıyla bacısına dəyməyə gedib.

- Eşitdiyimə görə qızınıza qonşu kəndlərdən tez-tez elçi gəlirmiş.

- Qızıma qayınım da elçi gəlib, oğluna istəyib, yox demişəm. On dörd yaşı olan uşağı hansı qanunu əlimdə əsas tutub ərə verəydim?

- Az öncə özünü Ələmdarın yeznəsi kimi təqdim edən Şahin adlı şəxs əlaqə saxladı və bildirdi ki, qızınızın 14 yox, 18 yaşı var. Sadəcə, sosial müavinət almaq üçün yaşını kiçiltmisiniz.

- Bütün kənd bilir ki, bu uşaq 2002-ci ildə anadan olub. Orada heç bir sənəd dəyişikliyi olmayıb. Bunu icra hakimiyyəti də, digər orqanlar təsdiqləyə bilər

- Rəvayət Məmmədov bildirir ki, əgər məsləhət olsa, oğlum baldızını da saxlayar, həyat yoldaşını da.

- Mən ürəyi xəstə adamam. Gör mən nə qədər əclaf, şərəfsiz ata olmalıyam ki, bu duruma razılaşım?! Mənim bir tikə çörəyim yoxdur ki, qızım evimdə yesin? Onu hansı şərəfsiz ata edər? Onda gərək ip alam Bakı şəhərində özümü asam.

- Ələmdarın həbsini istəyirsiniz, yoxsa özünüz cəzalandırmağı düşünürsünüz?

- Mən ona ən ağır cəzanın verilməyini istəyirəm. Burada barışıq söhbəti ola bilməz. El-oba içində, Azərbaycanda biabır olmuşam, o mənim şəxsiyyətimə, mənliyimə, namusuma, qeyrətimə ləkə vurub.

- Qızınızın fikri nədir?

- Qızımın fikrini bilmirəm. Hazırda o uşağa cavabdeh şəxs mənəm. O mənim övladımdır, Fatimənin (Ələmdarın həyat yoldaşı) yox. Sizcə, bu şərəfsizliyi necə bağışlamaq olar? Hələ ki mənim uşağım tapılmayıb. Bəlkə uşağımın başını kəsiblər, bəlkə başqa dövlətə aparıblar. Uşağım üzə çıxsın, tapılsın, ondan sonra qanuna uyğun cəzası verilsin. Barışmaq, bağışlamaq söhbəti ola bilməz.

- Polisdən son dəfə nə cavab almısınız?

- Cəlilabad polisinin bu işə münasibəti məni qane etmir. O gün bir nəfər noxud oğurlamışdı, tutublar. Amma adam oğurlanıb, hələ heç bir xəbər yoxdur. Sentyabrın 23-də bu hadisə olan gün bizim məhəlləyə bir taksi gəlib. 19-BN-726 dövlət nömrə nişanlı VAZ 2107 markalı taksi məhəlləyə gəlib və ora gələndə batıb. Qız itəndən sonra uşağımın corabları maşının batdığı ərazidən tapılıb. Polisə deyirəm ki, imkan yaradın həmin sürücüyə iki sual verim, amma eləmirlər. Hər halda ata kimi mənim belə bir ixtiyarım var da.

P.S. Qaçırılıan qızın fotosu atasının təkidli xahişiylə açıq formada verilib.

Yeznəsiylə qaçan 14 yaşlı qızın atasından şok açıqlama - FOTOLAR
Yeznəsiylə qaçan 14 yaşlı qızın atasından şok açıqlama - FOTOLAR
Yeznəsiylə qaçan 14 yaşlı qızın atasından şok açıqlama - FOTOLAR
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 908 06.10.16 14:13