Bakı avtovağzalında sürücülər arasında qanlı dava - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Bakı avtovağzalında sürücülər arasında qanlı dava - TƏFƏRRÜAT
Bakı Beynəlxalq Avtovağzalında baş vermiş bıçaqlanmanın təfərrüatları məlum olub.

Binəqədi rayon Polis İdarəsindən bildirilib ki, müxtəlif dərəcəli bıçaq xəsarətləri alan 33 yaşlı Fərid Atakişiyev taksi sürücüsü olub. Özünə məxsus "Mercedes" markalı avtomobillə taksi xidməti göstərən Fərid dünən saat 18 radələrində hələlik dəqiqləşməmiş səbəbdən digər taksi sürücüsü ilə mübahisə edib. Mübahisə çox keçmədən münaqişəyə çevrilib və "TX 4" markalı (London taksisi) avtomobili idarə edən sürücü bıçaqla F.Atakişiyevə hücum edərək onu bıçaqlayıb. O, hadisədən dərhal sonra ərazidən uzaqlaşıb.

İlkin araşdırmalardan sonra hadisəni törədən şəxsin 1989-cu il təvəllüdlü Taleh Şahbudaqov olması müəyyənləşdirilib.


Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.


(lent.az)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 741 06.10.16 13:52