Azərbaycanda yeni pasportların verilməsinə başlandı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Azərbaycanda yeni pasportların verilməsinə başlandı - FOTO
Azərbaycanda yeni biometrik ümumvətəndaşlıq (xarici pasport) pasportunun verilməsinə başlanılıb.

Yeni pasport həm dizayn, həm də rənginə görə əvvəlkindən fərqlənir.

Azərbaycan vətəndaşları pasportlarını dəyişdirmək üçün “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

Yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi, 18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa, 40 manat, 5 iş günü müddətinə alınırsa, 80 manat, 1 iş günü müddətinə alınırsa, 160 manat təşkil edir.

Ümumvətəndaş pasportu dəyişdirilirsə, vətəndaşda olan pasport da təqdim olunmalıdır.

Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, 30 manat məbləğində cərimə tətbiq edilir.

Qeyd edək ki, ümumvətəndaş pasportu dəyişdirilən zaman vizadan istifadə imkanının olması üçün vətəndaşda olan ümumvətəndaş pasportunun əsas hissəsi yararsız hala salınıb, vətəndaşa geri qaytarıla bilər.

Azərbaycanda yeni pasportların verilməsinə başlandı - FOTO


(baku.ws)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 981 05.10.16 18:07