"Mətanət İsgəndərli MTN-in agenti olub" iddiasına cavab - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

"Mətanət İsgəndərli MTN-in agenti olub" iddiasına cavab - YENİLƏNİB
Mətanət İsgəndərli haqqındakı iddialara cavab: "...qızım, Çovdarov kimdir?"

"Bunlar köhnə ittihamlardır. Elşad Abdullayev deyir ki, sübutum var. Mətanət xanım da deyir ki, əgər sübutu varsa, göstərsin, mən də danışım".

Bu fikirləri Ölkə.Az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərlinin mətbuat katibi Zəminə Rüstəmova Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin "Hürriyət" qəzetinə göndərdiyi məktubunda yazılanlara cavab olaraq səsləndirib. Rüstəmova bildirib ki, İsgəndərlinin adı keçmiş MTN-in həbsdə olan generalı Akif Çovdarovla da hallandırılıb. Amma onların heç bir tanışlığı olmayıb:

"Deyir ki, hər gün efirdəyəm, məclislərdəyəm, sənətimə xidmət edirəm. Bir müddət əvvəl onun adı Akif Çovdarovla da hallandı. O vaxt mən ondan bu haqda soruşanda dedi ki, qızım, Çovdarov kimdir?"

Z.Rüstəmova bildirib ki, vəziyyət belə davam edərsə, əməkdar artist məhkəməyə müraciət edəcək:

"Təbii ki, məsələ şişsə, vəkili hüquqi müdaxilə edəcək və məhkəməyə müraciət olunacaq. Çünki Mətanət xanım sənətiylə məşğuldur və şəxsi həyatından yazmağı qadağan edib".

* * * * *

"Maddi sübutlarla, tam məsuliyyətlə təsdiq edirəm ki, Mahir Abdullayevi məkan-yer etibarı ilə müğənni Mətanət İsgəndərlinin evindən oğurlayıblar. Bu, konkret cinayət faktıdır, iddia deyil. Mahir Abdullayevin son getdiyi ünvan: Bakı şəhəri, Nizami küçəsi, ev 4, mənzil 8 - müğənni Mətanət İsgəndərlinin evi olub".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev "Hüriyyət" qəzetinə göndərdiyi məktubunda qeyd edib. E.Abdullayevin iddialarına görə, qardaşının oğurlanması cinayətinin bilavasitə təşkilatçısı keçmiş MTN-in birinci müavini general Hilal Əsədov olub.

Sabiq rektor həmçinin bildirib ki, məlum cinayətin şahidləri müğənni Mətanət İsgəndərlinin ailə üzvləri, bacısı Təranə, dayısı oğlu - sürücüsü Teymur və onun anası, bacısı, prodüseri Ələddin və bu günə qədər mediada ictimailəşdirilən şəxslərdir: "Mətanət İsgəndərli həmişə MTN-in birinci müavini KQB generalı Hilal Əsədovun agenti olub, onunla iş birliyində olub. Hilal Əsədov da Mətanəti bu günə qədər həbslərdən qoruyub".

Elşad Abdullayev qardaşının oğurlanması ilə bağlı cinayət əməlinə görə müğənninin müttəhim kürsüsündə əyləşməsini tələb edib:

"Mətanət İsgəndərlinin mediada cavablarına diqqət yetirdikdə onun əməkdar artist-müğənni dilində deyil, bir kriminal, professional "oğru dili"ndə danışdığını görürük... Nə qədər ki, Hilal Əsədov və müğənni Mətanət İsgəndərli azadlıqdadırlar, heç bir vaxt Akif Çovdarovun "MTN işi" cinayətlərinə həqiqi və obyektiv hüquqi qiymət verilə bilməz. Onların hər ikisinin Akif Çovdarovla birlikdə məsuliyyətə cəlb olunmasını tələb edirəm".

Barəsində səslənən cinayət əməli ittihamları ilə bağlı müğənni Mətanət İsgəndərli ilə telefon əlaqəsi saxladıq. Müğənninin əvəzinə zəngimizə cavab verən, ittihamlarda adı hallanan bacısı Təranə İsgəndərli heç bir sualımıza cavab vermək istəmədi: "Bütün suallarınızı, zəhmət olmasa, mətbuat katibi Zəminə xanıma verin. Mətbuat katibini niyə özünə götürüb, yəqin ki, jurnalistləri cavablandırmaq üçün".

"Mətanət İsgəndərli MTN-in agenti olub" iddiasına cavab - YENİLƏNİB


Müğənninin mətbuat katibi Zəminə Rüstəmova isə Mətanət İsgəndərlinin ona şəxsi həyatı ilə bağlı danışmağı qəti qadağan etdiyini bildirdi: "Son vaxtlar barəsinə bu cür informasiyalar dərc olunduğundan o, ümumiyyətlə şəxsi həyatından danışmaq istəmir. Özü qadağan qoyduğu üçün mənim də ixtiyarım yoxdur bu barədə danışmağa. Yəni, qadağaya görə zəng vurub bu barədə heç nə soruşmuram".

"Niyə digər müğənninin deyil, məhz Mətanət İsgəndərlinin bu işlərdə adı hallanır?" sualımıza mətbuat katibi bu cür cavab verdi: "Çünki ortalığa balaca bir mövzu atıldı. Mətanət xanım da gördü ki, danışanda hər dəfə bir şey çıxacaq və məsələ getdikcə yanlış tərəfə böyüyəcək, ona görə də danışmır".

Mətbuat katibi onu da vurğuladı ki, müğənni haqqında yalan ittihamlar səsləndirən şəxslər barəsində məhkəməyə müraciət etməyi düşünür.

"Mətanət İsgəndərli MTN-in agenti olub" iddiasına cavab - YENİLƏNİB



Xatırladaq ki, bundan öncə də ABU-nun sabiq rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanmasında dəfələrlə müğənni Mətanət İsgəndərlinin adını çəkib. Mətbuata göndərdiyi açıqlamalarda E.Abdullayev iddia edib ki, Mahir Mətanət İsgəndərlinin evinə israrlı telefon zəngləri ilə dəvət edilib, burada dava olub, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 725 05.10.16 17:31