"Porchse" ilə Bakıya səs salan "Zadnı Rəhman" yaxalandı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

"Porchse" ilə Bakıya səs salan "Zadnı Rəhman" yaxalandı - VİDEO
Bakıda toy karvanında təhlükəli hərəkətlər edən sürücü saxlanılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin sürücünün adı Rəhmandır. Onun idarə etdiyi "Porsche" markalı avtomobil dünən gecə Bakıda yol polisi tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına, sürücü isə polis bölməsinə aparılıb.

Bu gün isə həmin sürücüyə avtoxuliqanlıq etdiyi üçün inzibati həbs cəzası verilməsi sənədlər məhkəməyə göndərilib. Saxlanılan zaman yol polisləri sürücüdən "Zadnı Rəhman" adlı "avtoş" sənsən?" – deyə soruşublar.

Sürücü isə maraqlı cavab verib: "Adım Rəhmandır. Zadnısız".

Qeyd edək ki, sosial şəbəkələrdə oktyabrın 3-də yayılan videonun nə vaxt çəkildiyi bilinməsə də, hadisənin Təhsil Nazirliyi tərəfdən Heydər Əliyev prospektinə çıxan körpüdə baş verdiyi bildirilir. Toy karvanında hərəkət edən "Porsche" markalı avtomobilin tərsinə hərəkət etməsi görənləri təəccübləndirib. Sürücü avtomobili bir neçə dəqiqə bu cür idarə edib. "Avtoşluq" edən sürücünü kameraya çəkən yaxını onu "Zadni Rəhman" kimi təqdim edib.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 103 05.10.16 16:48