Azərbaycanda yol polislərinin hərəkəti sürücünü göz yaşına boğdu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Azərbaycanda yol polislərinin hərəkəti sürücünü göz yaşına boğdu
Median.Az bildirir ki, bu dəfə isə qeyri-adi hadisə baş verib və sürücü yol polisinə təşəkkür etmək üçün avtosfer.az saytına müraciət edib. Masallı rayonu Türkoba kənd sakini Məmmədov Gündüz Məmmədaga oglu saytımıza bildirib ki, oktyabrın 3-də saat 20:00 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Göyşaban kəndi hissəsində ailə üzvləri ilə birlikdə şəxsi avtomobilində hərəkətdə oldugu zaman anasının halı qəflətən pisləşib: "Mən dərhal avtomobili yolun sağ hərəkət hissəsində saxladım və nə edəcəyimi bilmirdim. Bu zaman həmin ərazidə xidmətdə olan 99-YP-948 dövlət qeydiyyat nişanlı avtobildən iki yol patrol xidməti əməkdaşının mənə yaxınlaşmasını gördüm. Dərhal düşündüm ki, görəsən, hansı inzibati xətanı törətmişəm ki, həmin əməkdaşlar mənə yaxınlaşırlar. Onlar mənə yaxınlaşandan sonra nə baş verdiyini soruşdular, mən də olanları izah etdim. Mənə bildirdilər ki, təlaş keçirməyə ehtiyac yoxdur və biz sizə köməklik göstərəcəyik. Bu çətin durumda onların bu sözlərindən çox sevindim. Anamın təzyiqinin yüksəlməsi onun halının pisləşməsinə səbəb oldu. YPX əməkdaşlarının biri dərhal anama yardım göstərmək üçün yaxınlıqdakı mağazadan su almaga yollandı, digəri isə təcili tibbi yardım stansiyasına zəng vurdu. Hər iki gənc YPX əməkdaşının anama sanki öz doğma anasıtək nəvaziş göstərmələrini görcək gözlərim doldu və onlara necə təşəkkür edəcəyimi bilmədim. Daha sonra qısa müddət ərzində təcili yardım gələrək anama ilk tibbi yardımı göstərdi və onun halı tədricən düzəlməyə başladı. Bütün bu çətin anlarımda DYP əməkdaşları sonadək yanımda qaldılar, anamın halının tam yaxşılaşmasından sonra bizi ehtiramla yola saldılar və yolumuza davam etdik. Yolboyu ailə üzvlərimizlə birgə həmin DYP əməkdaşlarının nümunəvi rəftarı, qayğıkeş münasibəti, yüksək insani keyfiyyətlərindən söhbət açdıq.

Hadisənin ertəsi günü mən 99-YP-948 dövlət nömrə nişanlı YPX avtomobilində həmin gün xidmətdə olan və bizə köməklik göstərən əməkdaşların kimliyi haqqında məlumat əldə etdim. Məlum oldu ki, həmin DYP əməkdaşları Şahin Əliyev və Ramal Əkbərov olub.
Ümummilli liderimiz Heydər Əliyev şanlı xidmət yolu keçmiş Azərbaycan polisini yüksək qiymətləndirərək demişdir: "Hər bir dövlət üçün, o cümlədən müstəqil Azərbaycan dövləti üçün əsas sütunlardan biri də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır". Ailəmizə dəstək olmuş 99-YP-948 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan DYP əməkdaşları Şahin Əliyev və Ramal Əkbərovun timsalında bir daha şahidi oldum ki, həqiqətən Azərbaycan polisi daim vətəndaşların təhlükəsizliyini qoruyur. Polislərimiz həmişə olduğu kimi, bu gün də istər asayişin qorunmasında, istərsə də təhlükəsizliyin təmin edilməsində öz vəzifə borcunu və funksiyasını vicdanla yerinə yetirirlər. Düşünürəm ki, yol polisi bu gün dünəndən, sabah isə bu gündən daha fəal xidmət aparmaqla təhlükəsizliyi tam təmin edəcək. İnanıram ki, Şahin Əliyev və Ramal Əkbərov kimi polis orqanlarında vicdanla xidmət göstərən polislərimiz çoxdur. Belə kadrların seçiminə görə ailəmiz adından daxili işlər naziri cənab Ramil Usubova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova dərin təşəkkürümüzü bildirir, onlara şərəfli peşələrində yorulmaz fəaliyyət və ugurlar arzu edirik".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 726 05.10.16 16:06