Bakıda Post Patrul Xidməti avtomobilinin qəzaya düşməsi barədə rəsmi açıqlama verilib.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib:
“Hadisə Ağ Şəhər ərazisində baş verib. Hadisə zamanı polis əməkdaşı xəsarət alıb. Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır”.
* * * * *
Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, “Gelandewagen” markalı maşın Post Patrul Xidmətinin avtomobili ilə toqquşub.
Qəza zamanı xəsarət alanların olduğu bildirilib.
Hadisənin görüntülərini təqdim edirik: