Sabirabad rayonunda bir nəfərin xəsarət almasıilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cəngən kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Mübariz Əsədalı oğlu yolda gedərkən minik avtomobili onu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.