Yaponiyada nüvə stansiyasının fəaliyyəti dayandırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Yaponiyada nüvə stansiyasının fəaliyyəti dayandırılıb

Yaponiyanın enerji şirkəti "Kansai Electric Power" ölkənin qərbindəki Fukui prefekturasındakı Mihama Atom Elektrik Stansiyasının (AES) üçüncü reaktorunu bağlayıb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Reaktorun bağlanmasına səbəb kimi terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi tədbirləri göstərilir.

İnfrastrukturun gücləndirilməsi işləri oktyabrın 25-də başa çatmalı idi. “Kansai Electric Power” nəzərdə tutulan müddətdə işləri başa çatdıra bilmədiyi üçün Yaponiya Atom Enerjisinə Nəzarət üzrə Dövlət Komitəsinin müvafiq əmrinə əsasən şirkət reaktorun işini dayandırmağa məcbur olub.

Atom elektrik stansiyalarında terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi prosesinin 2022-ci ilin sentyabr ayına qədər başa çatacağı gözlənilir. Eyni zamanda, gələn ilin oktyabrına kimi üçüncü reaktorun işi bərpa olunacaq.

Aprelin 14-də Atom Enerjisinə Nəzarət Komitəsi Yaponiyanın ən güclü atom elektrik stansiyası olan Kaşivazaki-Karivanın fəaliyyətini qadağan edib, burada ciddi təhlükəsizlik pozuntuları aşkar edilib.

Qeyd edək ki, 2011-ci ildə Fukusima-1 Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra Yaponiya hakimiyyəti nüvə obyektləri üçün tələbləri sərtləşdirib. Terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi zərurəti ilə yanaşı, AES-i idarə edən şirkətlər istismar müddəti 40 ildən çox olan reaktorların işini dayandırıblar. Onların fəaliyyətinin bərpası yalnız hərtərəfli yoxlamadan sonra mümkündür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            864 24.10.21 22:47