Ağdaş və Ucarda Vətən müharibəsi şəhidlərinin ildönümləri qeyd edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ağdaş və Ucarda Vətən müharibəsi şəhidlərinin ildönümləri qeyd edildi

Ağdaş və Ucarda 44 günlük Vətən Müharibəsinin qəhrəman şəhidlərinin ildönümləri qeyd olunub.

Median.Az
“Report”a istinadən xəbər verir ki, Ağdaşda şəhid Bəxtiyar Mənsur oğlu Maxsudovun, Ucarda isə şəhid Kərim Məhəmmədəli oğlu Əliyevin ildönümü münasibətilə anım mərasimləri keçrilib.

Ağdaşda şəhid Maxsudov Bəxtiyar Mənsur oğlunun ildönümünə həsr olunmuş “Vətənin igid oğlu” adlı anım tədbiri rayonun Tofiqi kəndində, şəhidin abidəsi önündə keçirilib. Dövlət himninin səsləndirilməsindən sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Eyni zamanda digər şəhidlərin də məzarı ziyarət edilib və ehsan süfrəsi təşkil olunub.

Mərasim çərçivəsində Tofiqi kəndinin orta məktəblilərinin şəhid haqqında hazırladıqları bədii kompozisiya dinlənilib. Eyni zamanda şəhid Bəxtiyar Maxsudovun keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidliyindən söhbət açılıb.

Qeyd edək ki, Maxsudov Bəxtiyar Mənsur oğlu 1996-cı il oktyabr ayının 1-də Ağdaş rayonunun Tofiqi kəndində anadan olub. O, 2014-cü ildə orta məktəbi bitirdikdən sonra 2014-cü ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olarkən erməni silahlı birləşmələrinin törətdiyi təxribatların qarşısının alınmasında fəal iştirak edib, 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsində xüsusi fədakarlıq göstərib.

İkinci Qarabağ müharıbəsi başlayanda bir çoxları kimi Bəxtiyar da cəbhəyə yollanıb. O, düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv olunmasında mühüm rol oynayıb. B.Maxsudov oktyabrın 24-də Suqovuşan istiqamətində gedən qızğın döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidin nəşi Ağdaş rayonuna gətirilərək Tofiqi kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bəxtiyar Maxsudov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Suqovuşanın azad edilməsinə görə” medalları ilə (ölümündən sonra-red) təltif edilib.

Ucarda Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Əliyev Kərim Məhəmmədəli oğlunun ildönümünə həsr olunmuş anım tədbiri rayonun Alpout kəndində, Şəhidin məzarı önündə keçirilib. Mərasimdə əvvəlcə dövlət himni səslənib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Bundan digər şəhidlərin də məzarı ziyarət edilib və ehsan süfrəsi təşkil olunub. Alpout kəndinin orta məktəblilərinin şəhid haqqında hazırladıqları bədii kompozisiya dinlənilib. Bundan sonra Kərim Əliyevin keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidliyindən söhbət açılıb.

Qeyd edək ki, şəhid Əliyev Kərim Məhəmmədəli oğlu 31 avqust 1998-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olub. O, 2019-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kursunu müvəffəqiyyətlə başa vuraraq xidmətini XTQ qüvvələri sıralarında kəşfiyyatçı gizir kimi davam etdirib.

Kərim Əliyev 2020-ci ilin oktyabrında Füzuli rayonu istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, 24 oktyabrda Ucar rayonunun Alpout kənd qəbiristanlığında dəfn olunub.

K.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.

Allah rəhmət eləsin.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            420 24.10.21 21:04