Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub

İŞİD terror qruplaşmasının onlarla tərəfdarı Əfqanıstanın şərqində radikal “Taliban” hərəkatının yaratdığı yerli hakimiyyət orqanlarına təslim olub.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “Pajhvok” agentliyi məlumat yayıb.

Əyalətin kəşfiyyat xidmətlərinin nümayəndələrinə görə, İŞİD-in 50 yaraqlısı Nanqarharda hökumət qüvvələrinə təslim olub. Bunun yerli tayfa liderlərinin vasitəçilik etməsi sayəsində mümkün olduğu qeyd edilir.

Bir neçə gün əvvəl Əfqanıstan hökumətində informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Zabihulla Mücahid bildirib ki, “Taliban” hərəkatının hərbi qüvvələri ölkənin müxtəlif bölgələrində İŞİD terror qruplaşmasına qarşı uğurlu əməliyyatlar keçirir. Mücahidin sözlərinə görə, İŞİD Əfqanıstan üçün təhlükə yaratmır və “Taliban” bu qruplaşma ilə müstəqil mübarizə apara bilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            420 24.10.21 20:46