Yevlaxda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraməmmədli kəndində baş verib.
Belə ki, VAZ 21011 markalı minik avtomobili VAZ 21-07 markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanlar 1982-ci il təvəllüdlü Günay Rəhimova, 1976-cı il təvəllüdlü Xumar Zeynalova, 1946-cı il təvəllüdlü Əsli Eyvazova, 1969-cu ilə təvəllüdlü Yaqub Əhmədov və 1965-ci il təvəllüdlü Qədir Qədirovdur.
Faktla bağlı araşdırma aparılır.