Putin Baydenin ABŞ qoşunlarını Əfqanıstandan çıxarması qərarından danışıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Putin Baydenin ABŞ qoşunlarını Əfqanıstandan çıxarması qərarından danışıb

Amerika lideri Cozef Baydenin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması haqqında qərarı düzgündür.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidenti Vladimir Putin beynəlxalq “Valday” klubunun iclasında bildirib.

"Əlbəttə, ABŞ prezidenti düzgün hərəkət etdi. Əfqanıstandan qoşunların çıxarılması üçün düz iş gördü. O, yəqin başa düşüb, bəlkə də bunun necə olacağının təfərrüatını bilməyib, amma bu və ya digər şəkildə bunun olacağını başa düşdü", - Rusiya dövlətinin başçısı bildirib.

O, qeyd edib ki, bu vəziyyət bu və ya digər şəkildə ABŞ-a, ilk növbədə müttəfiq olaraq rəhbərlik etdiyi ölkələrə olan inamda özünü göstərir.

"Əlbəttə, bunun necə baş verdiyini görə bilərik. Yəqin ki, başqa cür də edilə bilərdi. Düşünürəm ki, zaman keçəcək və hər şey öz yerinə düşəcək, bu, kardinal bir şeyə səbəb olmayacaq", - Putin deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            429 21.10.21 23:16